Reyhan yalnız ot deyil, reyhanın 15 faydalı xüsusiyyəti…

  • Reyhan ümumi tonusu qaldırır. Payızda və qışda bizim üçün çox əhəmiyyətlidir. Ruh düşkünlüyü yaşadığımız və tez-tez yuxulamağa başladığımız vaxt bizə müsbət təsir göstərir .
  • Reyhan qidaya mədədə hərəkətsiz qalmağa icazə vermədən həzmi stimullaşdırır.
  • Xalq təbabətində tibbi vannalar şəklində sakitləşdirici vasitə kimi reyhandan istifadə etmək məsləhət görülür.
  • Öskürək zamanı içilir. Baş ağrısı və sidik-tənasül orqanlarının iltihabı zamanı çox əhəmiyyətlidir.
  • Reyhanın efir yağı bakterisid təsirə malikdir.
  • Stress zamanı reyhanın efir yağının bir neçə damcısı kifayətdir ki, ümumi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırsın.
  • Yuxusuzluq, miqren və iy duyğusunun itməsi zamanı heç də az təsirə malik deyil.
  • Reyhanın efir yağı diş ağrısını aradan qaldırır. Yarım stəkan qaynadılmış suya yağın 1 damcısı tökərək, gündə 4-6 dəfə belə yaxalamanı tətbiq etsəniz diş ağrısından azad olarsınız.
  • Əsəb sisteminin xəstəlikləri zamanı reyhandan çay kimi istifadə olunur. Saplaqları və gülləri ilə birlikdə doğranmış bitkinin 1 qaşığını 1 stəkan qaynar suya əlavə edin. 5-10 dəqiqə qaynadın. Yarım saat qaynadıqdan sonra dəm almağa qoyun. Gündə 4 dəfə yeməkdən əvvəl  1/4 stəkan qəbul etmək lazımdır.
  • Həmin çay qusmanı dayandırır və ürək bulanmasını aradan qaldırır.
  • Əgər səhərlər bal və reyhandan dəmlənmiş çay içsəniz, o zaman gün boyu bir çox yeni ideyalar yaranacaq və işləmək qabiliyyətiniz axşama qədər tükənməyəcək.
  • Nəqliyyatda ürək bulantısından əziyyət çəkdiyiniz zaman reyhanın yarpağını çeynəmək və səyahət zamanı onu ağızda saxlamaq köməyinizə çatacaq.
  • Alimlər hər gün və ya heç olmasa ilk fürsətdə reyhanı qidaya əlavə etməyi məsləhət görürlər.
  • Sonda isə reyhanın bir neçə quru yarpağını paltar şkafınıza yerləşdirməyi unutmayın. Bu yalnız xoş qoxuya zəmanət vermir, həm də geyimi güvədən qoruyur.
loading...
Şərh yaz