Rosto

Şəkilsiz
loading...

6 nəfərlik mükəmməl axşam yeməyi. Özəl qonaqlarınız üçün bu yeməyi hazırlayın. İnanın, hər kəs bəyənəcək. Mən çox tez-tez qonaqlarım üçün bu yeməyi bişirirəm.

Sizi bir az yorsa da nəticədən hər kəs məmnun qalacaq.

6 nəfərlik Bişmə müddəti 2 saat

İçindəkilər:

  • yarım qoyun budu
  • 2 qaşıq marqarin
  • 1 yemək qaşığı tomat
  • 3-4 stəkan isti su
  • duz

Hazırlanması:

Bud ətini yerləşdirə biləcəyiniz bir qazan götürün. Yağı əridin. Yaxşı qızarması üçün ətin üzərini əhatə edən incə qatı soymamağa çalışın. Hər iki üzünü duzla ovun və yağda çevirərək qızardın. Ayrıca kasaya bir yemək qaşığı tomatı alın, içinə yarım fincan su əlavə edərək tomatı sulu edin. Sonra sulandırılmış tomat sousunu ətin hər iki tərəfinə yayın. Ardınca 3-4 stəkan isti su əlavə edin və qazanın qapağını örtün. Orta dərəcəli ocaqda 2 saat bişirin. Ət suyunu tam çəkməli və öz yağında qalmalıdır. Bir az soyuyunca dilimləyərək servis tabağına alın və qazanda qalan tomatlı sousu ətin üzərinə gəzdirin. Ətin yanına qabaqlı, yerkökülü səbzə qarniri və ya püre qoyaraq servis edin.

Məsləhət görülən* içki: ən az 10 illik, aromatı tünd qırmızı şərab məsləhət görürəm. Rostoya yaraşacaq və mükəmməl bişmiş ət şərabın dadını damaqlarınızda daha da artıracaq.

loading...
Şərh yaz