loading...

Müğənni Röya Ayxan xarici görünüşündən danışıb. Ailəm.az-a açıqlama verən Röya bədən quruluşundan makiyajına qədər müzakirə edib. Röya deyib ki, o, gözəl olmasa da şarmlı xanımdır: “Mən bunu hələ “W-trio” qrupuna daxil olarkən anlamışdım. Gözəl olmasam da, məndə nəsə var və o “nəsə” insanları özünə çəkir. Məncə, məndə həm də əcaib bir xarakter var. İstədiyim zaman effektli olar bilərəm, istəməsəm yox! Əgər mənə lazımdırsa olacağam, lazım deyilsə olmayacağam”.

İfaçı hansı makiyaj növünü sevdiyini detallı şəkildə izah edib: “Bəzən şəkillərdə ərəb və hind qızlarının makiyajına baxıram. Heç zaman özüm istifadə etməsəm də, bəyənirəm. Onların gözünün üstü qalın və uzun sürməli olur. O cür obrazlara üstünlük vermək istəyərdim, amma olmayacaq. Əslində qaşımla gözümün arasında rəsm də çəkmək olar, yəni məsafə böyükdür. Ancaq o stil mənə yaraşmır. Mən daha dağınıq makiyaja müraciət edirəm. Məhz bu makiyajda özümü tapmışam. Əgər məndə gözün üstündə kosmetika varsa, altı mütləq qara olmalıdır. Kirpikdən aşağıya qədər tökülən makiyaj olmalıdır. Elə bilin ki, makiyaj edilib və mən bir dəfə ağlamışam. Məhz bu cür obrazda tam anlayıram ki, bu, Röyadır! Əcaib makiyajlar mənə çox yaraşır. Məsələn, hər qadın qara rəngdə dodaq boyası çəkə bilməz. Amma mənə tünd rənglər çox yaraşır. Onu da deyim, elə makiyaj və saç düzümləri var ki, onlar mənim ürəyimdə qalır, mən onları edə bilmərəm”.

O ki qaldı Röyanın bədən quruluşuna və bu cür incə qalmasına: “Mən yeməyimə heç fikir vermirəm. Ola bilər ki, 3 gün heç nə yeməyim və ya əksinə günlərlə doymaq bilməyim. Təbii ki, idmanla da məşğul oluram. İstanbula getdimsə, mütləq pilatesə yazılıram. Bakıda isə çox sevdiyim bir qadın var, o mənə idmanın gözəlliklərini göstərir. Bir də ki, məni belə saxlayan bir çox şeylər var. Mən özüm özümün müəllimiyəm. Çox istəyirəm ki, bu sualla 20 il sonra da bu cür cavab verim”.



loading...
SHARE
Şərh yaz