Saç ağarmasının qarşısını alan maskalar

loading...

Saçların vaxtından öncə ağarmasının bir çox səbəbi ola bilər. Sağlam qidalanmamaq, stress, vitamin çatışmazlığı kimi səbəblər saçların erkən yaşda ağarmasına gətirib çıxarır.

Bu, genetik səbəblərlə də bağlı ola bilər, onları tez-tez isti su ilə yumaq, saç fenindən istifadə, müxtəlif boyalar saça rəng verən hüceyrələrin ölməsinə səbəb olur.

Təqdim etdiyimiz maskaları sınaqdan keçirsəniz, saç ağarmasının qarşısını ala bilərsiniz.

Yunan qabağı maskası:

Yunan qabağını dilimləyib qurudun. Daha sonra qurudulmuş yunan qabağını kokos yağında qovurun. Qovrulan qabaqları yağla birlikdə əzib və ya blenderdən keçirib püre halına gətirin. Əldə etdiyiniz qarışığı saçlarınıza çəkib masaj edin. İyirmi dəqiqə saxlayıb ilıq su ilə yuyun.

Xoruz pipiyi çiçəyi ilə maska:

Saçların ağarmasına qarşı ən təsirli vasitələrdən biri də xoruz pipiyi çiçəyidir. Çiçəyin bənövşəyi hissələrini toplayıb əzin. Əldə edilən şirəni saç diblərinə çəkib masaj edin. İyirmi dəqiqədən sonra saçlarınızı ilıq su ilə yuyun.

Karri yarpaqları:

Karri bitkisinin yarpaqları da saç ağarmasına qarşı təsirlidir. Yeməklərdə ədviyyat kimi bol-bol karridən istifadə edin. Həmçinin, bitkinin yarpaqlarını əzib onunla saç diblərini masaj etmək olar.

Dəfnə yarpağı:

Saçların ağarmasının qarşısını almaq üçün dəfnə yarpağından da istifadə edə bilərsiniz. Bir neçə dəfnə yarpağını kokos yağında qovurun. Həmin yağı süd və ya süd kremi ilə qarışdırın. Maskanı saçınıza çəkib 15-20 dəqiqə gözləyin. Daha sonra saçınızı ilıq su ilə yuyun.

Ləman Sultan

//publika.az

loading...
Şərh yaz