Saç düzümünün xarakterə və taleyə təsiri

loading...

Hər bir insan vaxtaşırı öz həyatında dəyişikliklər etmək arzusuna gəlir. Adətən bu məqsədlər üçün qadınlar öz xarici görünüşlərini istifadə edirlər. Məsələn, saç düzümlərini kəskin şəkildə dəyişirlər. Lakin bu dəyişiklikləri etməzdən əvvəl bu və ya digər saç düzümünün sizin xarakterinizə və sonrakı həyatınıza təsirini aydınlaşdırmaq lazımdır.

Bilirsinizmi ki, qadınlar keçən əsrlərdə saçlarını kəsməzdirlər? Sən demə saç düzümünün dəyişməsi taleyə əhəmiyyətli dərəcədə təsir etdiyi məlum olmuşdur. Məhz bu səbəbdən, yeni saç düzümü üçün salona yola düşməzdən əvvəl öz həyatınızda hansı dəyişikliklər etmək və həmçinin hansı xarakter xüsusiyyətini əldə etmək istədiyiniz haqqında düşünün.

Həmçinin qeyd etmək lazımdır ki, saç rənginin dəyişilməsi də insan təbiətinə təsir edə bilər. Məsələn, saçlarını tünd rəngə boyamış qadınlar daha emosional və hissiyyatlı olur. Açıq rəngli saçlar öz növbəsində insanı daha məqsəd yönlü edirlər. Kürən saçlar isə eqoizm, qisasçılıq və xainlik kimi xarakterin son dərəcə xoşagəlməz xüsusiyyətlərinin yaranmasını provokasiya edə bilər.

Obrazın dəyişilməsinin insan təbiətinə təsiri

Uzun saçlarını kəsmək qərarına gələn xanımlar anlamalıdır ki, bu onların psixoloji durumuna və maddi vəziyyətinə təsir edə bilər. Məlum olub ki, belə saç düzümü öz sahibəsinə daha çox əminlik, məsuliyyət və inad hissi verir. Yəni qadın həyatdan nə istədiyini dəqiq anlamağa başlayır. Yeri gəlmişkən, çox kişilər xarakterin bu xüsusiyyətini yüksək qiymətləndirirlər. Həmçinin stilin bu cür dəyişilməsi peşəkar fəaliyyətdə böyük müvəffəqiyyətlərə nail olmağa kömək edəcək xüsusiyyətlərin formalaşmasına da səbəb olur.

İmicin dəyişməsinin həyata təsiri

Qadın öz həyatına romantik əhval qatmaq istədiyi halda sadəcə saçlarına bir az dalğalıq verib telləri azca bursa kifayətdir. Belə saç düzümü qadını daha zərif edir və onun temperamentinı artırır. İnanın ki, belə obrazın sayəsində həyatınızda sizin arzularınızı yerinə yetirə biləcək bir kişi peyda olacaq.

Öz həyatını nizama salmaq istəyən xanımlar sadəcə saçlarını “at quyruğu” saç düzümündə yığa və ya hörük hörə bilərlər. Belə stilə riayət edən xanımlar tezliklə daha intizamlı olduğunu hiss edəcəklər.

Açıq uzun saçları olan xanımlar əksər hallarda yüngül xasiyyəti və cavan xarakteri ilə fərqlənirlər. Bəzən bu xanımlar özləri də bilmədən uzun tellər arxasında bütün dünyadan gizlənməyə başlayırlar.

Əgər həyatınıza yaradıcılıq, cəsarətlik və yeni nəsə əlavə etmək istəyirsinizsə, bu zaman parlaq telli ucları kəsik-kəsik olan qısa saç düzümü edin.

Bu səbəbdən saç düzümünüzü dəyişməzdən əvvəl bu yeniliyin sizin həyatınıza hansı dəyişiklikləri gətirəcəyi haqqında düşünün.

loading...