Saç rəngini dəyişmək istəyən xanımların nəzərinə

loading...

Saçlarınızın rəngindən sıxılıb dəyişdirmək istəyirsinizsə bu məqalə tam sizə görədir. Əvvəlcə evdə saç boyalarını istifadə edərkən saç rənginizi dəyişdirmək istədiyinizdə diqqət yetirməniz lazım olan bəzi detallar vardır. Məsələn planladığınız saç rəngi indiki saç rəngindən ton olaraq çox fərqlidirsə yəni sarını qaraya və ya qəhvə rənginə çevirmək istəyirsinizsə, ya da tam əksinə sarı rəng əldə etmək istəyirsinizsə bu düşündüyünüz kimi heç də asan olmayacaq.

Ancaq saçlarınızı mərhələ-mərhələ rəngləyərək istənilən nəticəni əldə edə bilərsiniz. Bu sayədə boyanın saçlarınıza verəcəyi zərəri də azaltmış olarsınız. Ayrıca saç boyası qutularının üzərində olan saç rənginin tamamilə eynisini əsla əldə edə bilməzsiniz. Saç rənginizi açmaq istəyirsinizsə istədiyiniz tonun ən açıq tonunu seçməlisiniz. Tündləşdirmək istəyirsinizsə yenə də istədiyiniz saç rənginin bir neçə ton açığını götürməlisiniz, çünki hər vaxt şəkildəki rəngin daha tündü əldə edilir.

Saçlarınızda narıncı, qırmızılıq və mis tonları olmasını istəmirsinizsə küllü saç boyalarını seçməniz lazımdır. Daha canlı tonlar və rənglər üçün qızıl rəngi təşkil edən saç boyalarını istifadə etməlisiniz; bal köpüyü, qızılı qəhvə.. kimi rənglər tam sizə uyğun olacaq.

Saçlarınızda fərqli rənglər varsa məsələn balyaj, kölgə və yaxud ombre və siz hamısının eyni rəng olmasını istəyirsinizsə, balyajlı qisimləri balyajsız qisimlərdən sonra rəngləməlisiniz. Bu sayədə rənglər bərabər olacaq və daha təbii bir görünüş əldə edəcəksiniz. Saçlarınızı tündləşdirmək istəyirsinizsə ilk öncə balyajlı olan yəni açıq rəng olan hissələri rəngləyin.15-20 dəqiqədən sonra isə boyanı tamami ilə tətbiq edə bilərsiniz.

Saçlarınızı boyadıqdan ən az 1,5 – 2 həftə sonra, saç rənginiz istədiyiniz kimi olar və əsl rəngini alar. Bu səbəbdən bir-birinin ardıyca saç boyama əməliyyatlarını ən azı 1 ay ara ilə etməyinizi tövsiyə edirəm. Bu sayədə saçlarınızda tökülmələr azalır. Rəngli saçlara mütəmadi olaraq qulluq etməyi unutmamalısınız, bunun sayəsində saçlarınız daha möhkəm, partlaq və canlı olar.

loading...
SHARE
Şərh yaz