loading...

Biz xanımlar saçlarımızdakı ağları gizlətmək ya da daha da gözəl görünmək üçün zamanla saçlarımızın rəngini dəyişirik. Yaxşı bəs saçlarımızı rəngləyərkən saç sağlamlığını nə qədər düşünür və hansı tədbirləri görürük? Əgər saçlarınızı  necə gəldi rəngləyir və sağlamlığını bu mənada ikinci plana salırsınızsa, burada durun və aşağıdakı xüsusi məlumatları oxuyun! Daha sağlam saç boyama əməliyyatı üçün etməyiniz lazım olanları sizlər üçün sıralayırıq!

Saç rəngləyərkən diqqət yetirilməsi lazım olanlar:

Boya seçimi

Gözəl saçların açarı doğru rəng olduğunu unutmayın. Saç rənginizi seçərkən göz və dəri rənginizi nəzərə almalısınız. Əgər dəriniz buğda tonlarındadırsa, qırmızı, şabalıd, mis, qəhvə tonlarını seçim edə bilərsiniz. Əgər dəriniz ağdırsa kül rənglər sizə uyğun ola bilər.

Saçlarınız nə vəziyyətdədir?

Saçınızı rəngləməzdən əvvəl nə vəziyyətdə olduğuna nəzər edin. Saçınız nə qədər sağlam olsa, alacağınız nəticə bir o qədər yaxşı olacaq. Bu səbəbdən boyama əməliyyatını reallaşdırmazdan əvvəlki həftə, saçınıza qulluq edin. İçərisində saçları gücləndirən B vitamini, pantenol, E vitamini, avokado və ya hindqozu yağı kimi nəmləndirici maddələr saxlayan məhsulları sınaqdan keçirdin.

Rəngi qoruyun

Saçınızı rənglədikdən sonra, əldə etdiyiniz rəngi qorumaq üçün rəng qoruyucu şampunlardan istifadə edin. Ayrıca, fen kimi istiliyi çox olan alətlər istifadə etməkdən çəkinin.

Kimyəvi maddələrə diqqət

Kimyəvi saç boyaları müxtəlif allergik xəstəliklərə, saç diblərində yaralara, saçın kəpəklənməsinə və saç tökülməsinə səbəb ola bilər. Boyanın tərkibində  rezorsinol, amonyak, phenylene diamine və hidrogen peroksit maddələri olmamasına  diqqət yetirin və qutusunda Avropada Nəzarət edilmiş Təbii Kosmetik (BDİH) sertifikatı olan boyaları seçin.

loading...
Şərh yaz