Saçı tökülməyə qoymayan pomidor maskası

loading...

Saç tökülməsi həm qadınları, həm də kişiləri narahat edən problemdir.

Pomidor maskası saç tökülməsinin qarşısını alır, saçı nəmləndirib qidalandırır.

Maskanın tərkibindəki kakao isə antioksidant xüsusiyyətə malikdir. Saçları zərərli şüalardan qoruyur, həmçinin saça parlaqlıq və həcm qazandırır.

Tərkibi:

  • 1 ədəd pomidor
  • 2 qaşıq kakao
  • 2 qaşıq jojoba yağı

Maska:

Pomidoru rəndələyin və ya blenderdan keçirin. Üzərinə jojoba yağı və kakao tozunu əlavə edib qarışdırın.

Maskanı dairəvi hərəkətlərlə saç diblərinizə yedizdirin. Daha sonra bütün saça bu qarışımdan çəkin.

Başınıza sellefon papaq qoyaraq 20-30 dəqiqə gözləyin. Daha sonra saçınızı yuyun.

loading...
Şərh yaz