loading...

Qidalı mayalı maskanı hazırlamaq üçün hansı lazımlı inqrediyentlər tələb olunur və bu maska necə effekt verir?

Dərhal cavabalandırım ki, belə maskanın hazırını, ixtisaslaşdırılmış mağazaların bölmələrindən artıq almaq olar, amma müstəqil hazırlanmış maska istənilən alınan maskadan daha yaxşıdır. Mayalı maskanın saçlar üçün faydası nədən ibarətdir: Mayada inanılmaz  miqdarıda faydalı, qidalı mikroelementlər var. Bu cür maska sayəsində saçlar uzanmağa başlayır, parıltı əldə edir və ən əsası saçlar gurlaşır və yeni saçlar meydana gəlir.

Bu cür maskanı necə hazırlamaq olar: Təzə mayanın kiçik bağlamasını alın (quru olmayanı), mayanı kasaya əlavə edib üzərinə az miqdarda süd tökün. Yaxşıca qarışdırın. Qatı maska alınması üçün  sıyığa çörək qırıntıları və ya üyüdülmüş yulaf yarmasını əlavə edin.

Saçların (saçlar ən azı üç gün yuyulmuş olmamalıdır) köklərinə maskanı vurun, ilıq dəsmalla bürüyün və yarım saata yaxın saxlayın. Maskanı yuyun, istəkdən asılı olaraq saçınıza  kondisioner vurun.

Belə maskanı saçları hər yumazdan əvvəl qoymaq olar.

loading...
Şərh yaz