Saçlara qulluq üçün 5 dəqiqəlik SOS vasitə

loading...

Havaların soyuması ilə saçlara qulluq daha da çətinləşir. Qar, hava dəyişkənliyi, temperaturun aşağı enməsi saçlara neqativ təsir edir. Əgər saçlarınıza müntəzəm qulluq üçün vaxtınız və həvəsiniz varsa, sizi yalnız təqdir etmək olar. Əgər yoxdursa, sizə 5 dəqiqəyə saçlarınıza parlaqlıq və yumşaqlığı qaytarmağı öyrədəcəyik.

İlk növbədə onu deyək ki, bunun üçün bütün vasitələr sizin mətbəxinizdədir. Maska üçün sizə lazım olacaqlar:

  • yarım fincan alma sirkəsi
  • 1 xörək qaşığı quru nanə
  • 1 xörək qaşığı qurudulmuş lavanda yarpağı
  • 1 xörək qaşığı rozmarin
  • 1 stəkan qaynar su

Sirkə otlar ilə kənarda qarışdırılır. Sonra qaynar suya əlavə olunur və soyudulur. Saçlarınızı şampunla yuduqdan sonra bu məhlulu saçınzın dibindən ucuna qədər çəkin. 5 dəqiqə saxladıqdan sonra soyuq su ilə yaxalayın.

Bu maska istənilən saç tipi üçün uyğundur. Sirkə saçları canlandıracaq və parıltı verəcək, otlar isə təbii ətir və təravət verəcəkdir.

Bu qədər sadə! Buyurun xanımlar.

loading...
SHARE
Şərh yaz