loading...

Sarımsaq həm saçınıza parlaqlıq verir həm də saç köklərinizi gücləndirərək saç tökülməsinin qarşısını alır.

3-4 diş sarımsağın qabıqlarını və üzərindəki incə pərdəni soyun. Sarımsaqları  kasada və ya blendrə əzin. Bunlar yoxdusa iti bir bıçaqla sarımsaqları incə incə dilimləyəbilərsiniz. Əzilmiş sarımsaqları və sarımsaq suyunu başqa bir kasaya süzdükdən sonra tətbiq edə bilərsiniz.

Barmaq uclarınızı kasada gəzdirib saç dərinizə yüngülcə masaj etməyə başlayın. Masajın təsirli ola bilməsi üçün saç dərinizə dairəvi hərəkətlər edin. Başınızı yüngün bir dəsmal və ya selofanla bağlayın.

Sarımsağı saç dərinizdə 1 saat gözlədin. İlk yarım saatdan sonra sarımsaq suyu qurumağa başlayacaq. Saç dərinizi yumşaltmaq üçün sarımsağı yumadan əvvəl 1-2 çay qaşığı zeytun yağı istifadə edərək təkrar masaj edin və 3-4 saat saç dərinizdə qalmasını təmin edin.

Sarımsaq və zeytun yağını saçınızdan çıxarmaq üçün ilıq su və şampunla saçlarınızı yuyun. Suyun isti olmamasına diqqət edin. Saç dəriniz quruya bilər.

loading...
Şərh yaz