Saçları uzatmaq üçün 10 üsul

  1. Çox vaxt saçlara qulluq vasitələrinin tərkibində nikotin turşusu (B3 vitamini, PP vitamini, nikotinamid, niasinamid) olur. O saçların artımı və onların bərkidilməsi üçündür. O saçları nəmləndirir, köklərini bərkidir, saç tökülməsinin qarşısını alır, qan dövranını yaxşılaşdırır, kəpəyi aradan qaldırır və saçların artımını gücləndirir. Nikotin turşusu aptekdə satılır və çox asan istifadə olunur. Sadəcə 30 gün ərzində turşunun ampulalarını baş dərisinə çəkmək, sonra 3-6 ay fasilə vermək lazımdır.
  2. Saçların uzadılması üçün xardal maskası da ilk sıralardadır. Xardal başın dərisini qızdıraraq tüklərə qan axınına səbəb olur. Xardal tozu sadəcə suda həll olur və saçların köklərinə çəkilir. 15-60 dəqiqə gözlədikdən sonra yumaq olar. Maskaya həmçinin yumurta sarısını və ya bitki yağları əlavə etmək olar. Maskadan 1 ay ərzində həftədə 1-2 dəfə istifadə etmək olar, sonra yarım il fasilə vermək lazımdır.
  3. Zeytun və gənəgərçək yağları da saçları bərkidir və onların artımına səbəb olur. Onları iki həftə ərzində hər yumadan əvvəl saçların köklərinə və bütün uzunluqlarına çəkmək lazımdır. Bir ay ərzində istifadə zamanı effektiv olur.
  4. Saçlarınızın uzun olması üçün öz rasionunuza yağlı turşular, B qrupunun vitaminləri (B3, B5, B6), biotin, inozit,  C vitamini, E vitamini, sink kimi vitaminləri daxil edin.
  5. Saçlarınızın uzun olması üçün xüsusi detoks tərkibli şampunlardan istifadə etməyiniz məsləhətdir.
  6. Saçların artması üçün enerji lazımdır. Tük folekulları o enerjini orqanizmdən alır. Bunun üçün zülal əsaslı düzgün və sağlam qidalanmaq lazımdır (ət, balıq, yumurta, yoğurt, süd, qoz-fındıq).
  7. Baş dərisinə də qulluq vasitələrini düzgün seçmək vacibdir.
  8. Saçlarınızı yuyarkən baş dərinizi masaj edin və sonra çalışın saçlarınızı fen ilə deyil, təbii yol ilə qurudasınız.
  9. Heç olmasa 7-8 ay ərzində saçlarınızı kəsməyin. Bu zaman saçların uclarına xüsusi qulluq lazımdır. Buna görə qidalandırıcı və nəmləndirici maskalardan istifadə edin.
  10. Qan dövranı nə qədər yaxşı olarsa, tüklər o qədər daha çox faydalı element əldə edir və nəticədə saçların tez uzanmasına səbəb olur. Bu məqsədlər üçün tərkibinə nanə daxil olan xüsusi qulluq vasitələrindən istifadə etmək olar.
loading...
Şərh yaz