Saçların vəziyyəti sağlamlığınızdan nə qədər asılıdır?

loading...

Mütəxəssislərin fikrincə, saçların vəziyyətində baş verən dəyişikliklərə məhəl qoyulmalıdır, çünki onlar orqanizmdə olan gizli proseslərin indikatoru kimi xidmət edə bilər. Öz saçlarına diqqət edərək insan sağlamlığına daha yaxşı nəzarət etmək imkanı alır.

Ekspertlər bildirir ki, dazlaşma, kəpək, saçların və baş dərisinin həddən artıq quruluğu orqanizmdə ciddi nasazlıqlar haqqında işarə verə bilər. Həkimlər daxili orqanların və sistemlərin işində problemlərin yaranması vaxtı saç vəziyyətində tipik dəyişikliklərin siyahısını təqdim edirlər:

  • elastik və parlaq saçlar tezsınan və tutqun olurlar. Saç düzümündə yaranan bu dəyişiklik qalxanvarı vəzi ilə yaranmış problem barədə, həmçinin A vitamininin, zülalların, sinkin və yağlı turşuların çatışmazlığı haqqında xəbər verir.
  • saçlar çox tez yağlanır. Bu problem qaraciyərin pis işi, orqanizmdə sinkin, folio turşusunun və B6 vitamininin çatışmazlığı ilə əlaqəlidir.
  • saçlar baxımsız görünür və saçqıranlar yaranır. Bu qanazlığı və orqanizmdə B6 vitamininin, maqnezium və sinkin defisiti vaxtı yaranır.
  • saçların erkən ağarması. Həkimlərin sözlərinə görə, bu problem hormonal disbalansı olan isanlarda yaranır.
  • kəpəyin yaranması. Bu göbələkşəkilli infeksiyanın mövcudluğu, B qrupu vitaminlərinin və yağlı turşuların çatışmazlığı haqqında xəbər verə bilər.
  • saçların tökülməsi. Saç tökülməsi çox vaxt endokrin sisteminin, öd kisəsinin və qaraciyərin xəstəlikləri ilə müşayiət olunur.
loading...
Şərh yaz