Sağlamlığı saxlamağa kömək edəcək ədviyyatlar

loading...

Özünüz yemək hazırlayarkən onun tərkibinə nəyin daxil olmasına diqqət etmək əsasdır. Bu zaman siz həmçinin sağlamlığınızı bərkidəcək bir neçə ədviyyatdan da istifadə edib, yeməyinizi daha dadlı edə bilərsiniz.

Xoşbəxtlikdən, yeməklərə valehedici dad və ətir vermək üçün istifadə etdiyimiz bir çox ədviyyatlar bizim orqanizmimiz üçün çox faydalıdır. Sizə yemək hazırlayarkən istifadəsi məsləhət görülən bir neçə ədviyyat növünü təqdim edirik.

  1. KeşnişKeşniş

Bu ədviyyat bir çox Latın, Asiya və Aralıq dənizi mətbəxinin yeməklərində istifadə olunur. Keşnişin tərkibində bir çox xəstəliklərlə mübarizə aparmağa kömək edə bilən antioksidləşdiricilər, həmçinin qida lifləri, vitaminlər, minerallar və efir yağları mövcuddur.

Bundan başqa bu ədviyyat C və B6 vitaminin, həmçinin kalium, kalsium, maqnezium, dəmir və manqan kimi mikroelementlərin zəngin mənbəyidir.

  1. ZəncəfilZəncəfil

Zəncəfil bir çox yeməklərə valehedici dad vermək üçün istifadə edilir. Lakin o həmçinin öz müalicəvi xüsusiyyətlərinə görə də məşhurdur. Zəncəfili detoksikant kimi istifadə etmək olar, o hətta dəniz məhsullarının istifadəsindən sonra mədədə naxoşluğun qarşısını ala bilər.

Zəncəfilin kökü sətəlcəmə qarşı effektiv xüsusiyyətlərə malikdir. O ağrını və şişləri azaltmağa kömək edir, qanı təmizləyir və iltihabla bağlı olmayan xəstəliklərdən müdafiə edir.

Zəncəfil Şərqdə əsrlərlə enerji artımından burun tutulması və baş ağrılarının müalicəsinə qədər universal vasitə kimi istifadə olunurdu.

  1. SarıkökSarıkök

Bu ədviyyat Hindistanda bitən bitkilərin boruşəkilli köklərindən hazırlanır. Sarıkökün açıq-narıncı rəngi onun müalicəvi xüsusiyyətləri haqqında danışır.

Sarıkök iltihabı azaltma qabiliyyəti ilə məşhurdur. O ağrını hətta bəzi farmakoloji preparatlardan daha yaxşı azaldır.

O antiseptik, antibiotik, təbii ağrıkəsicidir ki, Çin tibbinə əsasən depressiyanı müalicə edir, xərçəngin bir çox formalarının inkişafının ehtimalını aşağı salır, Alsqeymer xəstəliyindən əziyyət çəkən pasiyentlərdə əqli durğunluğu azaldır, yaraların sağalmasını sürətləndirir və s.

  1. SarımsaqSarımsaq

Mətbəxdə hər kəsin əlinin altında olan vitaminlər və minerallarla zəngin bu ədviyyat bağırsaqları sağlam saxlamağa kömək edən təbii antioksidləşdiricidir. Sarımsağı hətta ev heyvanlarının qidasına da əlavə etmək olar.

  1. Sidr fındığıSidr fındığı

Sidr fındığı enerji artımına imkan yaradan maqneziumla zəngindir. Onların tərkibində böyük miqdarda D, C və A vitamini və dəmir, həmçinin görmə qabiliyyətini yaxşılaşdıran, sümüklərin bərkidilməsi və immunitetin artımı üçün lazım olan lyutein maddəsi mövcuddur.

loading...
Şərh yaz