Səbzəli küftə

loading...

Səbəzəli küftə bizim damaq dadımıza yad deyil. Bu dadı bizim küftə-bozbaş adını verdiyimiz yeməkdən bilirik. Sadəcə, içində səbzə növləri daha çoxdur və küftələri daha kiçikdir.

Soyuq qış günlərində böyük iştahayla yeyə biləcəyiniz bir yemək.

4 nəfərlik Bişmə müddəti 25 dəqiqə

İçindəkilər:

 

  • 250 qr qiymə
  • 1 dilim bayat çörək içi
  • 1 çay qaşığı qaleta unu
  • 1 soğan
  • 1 yumurta
  • Duz
  • qara bibər
  • 2 yemək qaşığı un

 

Səbzəli içlik üçün:

 

  • 30 qr kərə yağı
  • 2 soğan
  • 1 dəstə kərəviz
  • 2 yerkökü
  • 1 stəkan doğranmış pomidor
  • 1,5 litr su
  • 2 kartof
  • 1 stəkan konservləşdirilmiş yaşıl noxud
  • yarım dəstə cəfəri,
  • duz, dənə qara bibər, kəklikotu

 

Hazırlanması:

Cəfərini təmizləyib doğrayın. Soğanı soyub sürtgəcdən keçirin. Suyunu süzərək soğanı və cəfərini dərin qaba alın. Sürtgəcdən keçirilmiş çörək içi, qaleta unu, qiymə, yumurta və ədviyyatı əlavə edib yoğurun. Küftə xəmirindən qoz boyda toplar düzəldin. Yuvarladığınız qiyməni una batırın.

 

Səbzəli içlik üçün – soğanı, kərəvizi, kartofları soyub kub şəklində doğrayın. Yerkökünü və cəfərini də təmizləyib doğrayın. Qazanda kərə yağını isidib soğanları qovurun. Qabıqlarını soyub, sürtgəcdən keçirdiyiniz pomidorları da əlavə edib 1-2 dəqiqə qovurun. Sırayla yerkökü və kərəvizi əlavə edib 2-3 dəqiqə bişirin. İsti suyu əlavə edib bir əl qaynadın. Sonra yoğurub, yuvarladığmız küftələri qazana alın və 10 dəqiqə bişirin. Kartofları və konservləşdirilmiş yaşıl noxudları əlavə edib 5 dəqiqə daha qaynadın. Kartoflar bişincə incə doğradığınız cəfərini, duzu, dənə qara bibəri və kəklikotunu səpin. Ocağı söndürüb, səbzəli küftənizi isti-isti servis edin.

loading...
Şərh yaz