Səhər yemək yeməyin 10 səbəbi

  1. Beyinin işi – Qidanın səhər qəbulu informasiyanın yadda saxlanılmasına və diqqətin konsentrasiyasına təsir edir.
  2. İmmunitet – Tibb sübut etmişdir ki, müntəzəm səhər yeməyinə öyrəşən insanlar streslərə və ətraf mühitin neqativ amillərinin təsirinə ən az meyillidirlər.
  3. Təhlükəsizlik — Qəribə olsa da, amma statistikaya görə, səhər yeməyi yeyən insanlar avtomobil qəzalarına çox nadir hallarda düşürlər.
  4. Məhsuldarlıq – Əgər sizi irəlidə çox yorğun və mürəkkəb iş günü gözləyirsə, onda güclü səhər yeməyi yeməyi unutmayın. O zaman sizin orqanizminiz enerji ehtiyatını görəcək və işləmək qabiliyyətiniz 30% artacaq.
  5. Orqanizmin aktivləşməsi – Səhv bir fikir mövcuddur ki, insan nə vaxt ki, səhər yeməyi yeyir, o məhz bu əlavə kalorilərin hesabına kökəlir. Amma tam tərsinə olur . Siz nə qədər tez səhər yeməyi yesəniz, orqanizminiz bir o qədər tez oyanacaq və artıq çəkiyə nəzarət etməyə kömək edən mübadilə prosesləri sürətli gedəcək.  Yadda saxlayın , səhər  qəbul edilən kalorilər  heç vaxt piyə dönmür.
  6. Enerji – Əgər siz səhər yeməyi yeməyəcəksinizsə, onda qidanın növbəti qəbulu nahara daha yaxın olacaq və bu o deməkdir ki, günün əksəriyyətini sizin orqanizminiz qidalanmasız keçəcək. Ona görə də, axşam özünüzü dəhşətli yorulmuş hiss etsəniz. Təəccüblənməyin! Sadəcə axşama qədər sizə enerji çatmayacaq, çünki siz onu səhər yeməyi ilə birlikdə itirdiniz.
  7. Aclıq üzərində nəzarət – Amerika alimləri tərəfindən sübut edilmişdir ki, əgər siz səhər yeməyinə yumurta yeyəcəksinizsə , gün ərzində güclü aclıq hiss etməyəcəksiniz və təbii olaraq daha az  qida qəbul edəcəksiniz. Amma əgər hər hansı sıyıqlarla səhər yeməyi yesəniz  (düyü, yulaf yarması (tənək quşu), qarabaşaq)  gün ərzində piyli qida daha az istəyəcəksiniz.
  8. Gözəllik – Qidanın səhər qəbulu olmadan orqanizmin bütün prosesləri, həmçinin mübadilə prosesi yatır. Ona görədə piylərin parçalanması yavaşıyır və çox hissəsi ehtiyat üçün dərinin altına gedir. Bu zaman hətta gün ərzində siz çox yemək yeməsəniz belə artıq çəki problemləri yaranır.
  9. Gimnastika– Heç olmasa səhərlər özünüzü sadə fiziki tapşırıqlara öyrəşdirin. Bu yalnız oyanmağa və gümrah olmağa kömək etməyəcək, həmçinin aclıq hiss etməyə imkan verəcək, ona görə sizi daha sadə üsulla səhərlər yemək yeməyə məcbur edəcək.
  10. Əhval-ruhiyyə – Özünüz üçün səhər yeməyinə nəsə dadlı bir yemək hazırlamağa cəhd edin. Özünüzü əzizləyin. Onda siz anlayacaqsınız ki, səhərlər sizə əhval-ruhiyyəni qaldırmağa dadlı səhər yeməyi kimi heç nə kömək etməyəcək. Ən əsası, tələsmədən səhər yeməyi yemək, sakit vəziyyətdə sizə fikirlərinizi toplamağa kömək edəcək və bütün günü pozitiv əhval ruhiyyədə olacaqsınız.
loading...
SHARE
Şərh yaz