loading...

Səhər yeməklərinin ən ləzzətlilərindən biri də pomidor-yumurta hesab olunur. Çox adam bu yeməyin hazırlanmasını asan hesab etsə də xanim.net bu dəfə Sizlərə ideal pomidor-yumurta hazırlamağın qaydasını təqdim edir:

Ərzaqlar

3-4 pomidor
1 baş soğan
3 sarımsaq dilimi
1 bibər (sivri bibər və ya 2 çarliston bibəri)
2 yumurta
duz, istiot, pul bibər (istəyə görə)
duru yağ

Hazırlanması:

Tavaya biraz yağ töküb xırda-xırda doğranmış soğanı qovurun, rəngi biraz dəyişənə yaxın doğranmış bibəri tökün üstünə. Biraz da belə qovurun. Sonra sarımsağı əlavə edin. Hamısı birlikdə qızardıqdan sonra pomidoru əlavə edib tavanın qapağını örtün. 7-8 dəqiqə bişirin, arada-bir açıb qarışdırın. Yemək bişdikdən sonra duz, qara istiot, pul bibər əlavə edib qarışdırın.
Kənarda 2 dənə yumurtanı da çırpıb tökün yeməyin üstünə. Bir iki yerindən qaşıqla yer eləyin ki, yumurta tavanın dibinə qədər getsin. Sonra qapağı örtüb 1-2 dəqiqə gözləyin. Nuş olsun.

loading...
SHARE
Şərh yaz