Şəkərli diabetin müalicəsi üçün xalq təbabəti

  • Pivə mayası. Gün ərzində 2-3 dəfə 2 çay qaşığı təmizlənmiş quru mayalardan qəbul edin.
  • Tozağacının tumurcuqlarından hazırlanmış cövhər. Cövhəri hazırlamaq üçün 2-3 xörək qaşığı tumurcuğun üzərinə 3 stəkan qaynar su əlavə edib 6 saat ərzində dəmləyin.
  • Yasəmənin tumurcuqlarından hazırlanmış cövhər. 20 q. tumurcuğun üzərinə 1 stəkan qaynar su əlavə edib 30 dəqiqə ərzində dəmləyin. Cövhəri gün ərzində 3 dəfə 1 xörək qaşığı qəbul etmək lazımdır.
  • Paxla cövhəri. 2-3 x.q. xırdalanmış paxlanın üzərinə 2 stəkan qaynar su əlavə edib 6 saat ərzində termosda dəmləyin. Cövhəri yeməkdən 20-40 dəqiqə əvvəl 3 dəfəyə için.
  • Zəncirotu kökünü, gicitkən yarpağı, qaragilə yarpağı, paxla tayları, manjetin otu ilə qarışdırıb gün ərzində 3 dəfə 1 x.q. qəbul edin (şəkərsiz!).
  • Pıtrağın kökünü, paxla tayları və qaragilənin yarpaqları ilə qarışdırın. 60 q. alınmış qarışığı 12 saat ərzində 1 litr suda dəmləyin, 5 dəqiqə qaynadın, sonra 1 saat yenə dəmləyin və süzün. Gün ərzində 5 dəfə yeməkdən 1 saat sonra 3/4 stəkan qəbul edin.
  • Gicitkən otunun cövhəri. 7-10 q. otun üzərinə 1 stəkan qaynar su tökün və 15-20 dəqiqə ərzində dəmləyin. Alınmış qarışığı gün ərzində 3 dəfə 1 x.q. qəbul edin.
  • Zəncirotunun köklərindən və otlarından hazırlanmış həlim. 6-10 q. otun üzərinə 1 stəkan qaynar su əlavə edib dəmləyin, sonra 10 dəqiqə ərzində qaynadın və yenə 30 dəqiqə dəmləyin. Gün ərzində 3 dəfə yeməkdən əvvəl 1 x.q. qəbul edin.
  • Pıtrağın köklərindən hazırlanmış həlim. 10 q. quru və xırdalanmış kökün üzərinə 1 stəkan qaynar su əlavə edin, 15-20 dəqiqə qaynatdıqdan sonra 30 dəqiqə dəmləyin. Qarışığı gün ərzində 3-4 dəfə 1 x.q. qəbul etmək lazımdır.
  • Pion bitkisi kökünün həlimi. Gün ərzində 3 dəfə yeməkdən əvvəl 30-40 damcı qəbul etmək lazımdır.
    Yol otundan hazırlanmış cövhər. 20 q. quru və xırdalanmış otun üzərinə 1 stəkan qaynar su əlavə edib 10-15 dəqiqə ərzində dəmləyin. Cövhəri gündə 3-4 dəfə 1 x.q. qəbul etmək lazımdır.
  • Bağayarpağından hazırlanmış cövhər. Bitkinin 10 q. quru və xırdalanmış yarpaqlarının üzərinə 1 stəkan qaynar su əlavə edib 15 dəqiqə ərzində dəmləyin və süzün. Cövhəri yeməkdən əvvəl gün ərzində 3 dəfə 2 x.q. qəbul etmək lazımdır.
  • Cökə ağacının güllərindən hazırlanmış cövhər. 2 x.q. quru güllərin üzərinə 2 stəkan qaynar su əlavə edib 20-30 dəqiqə ərzində dəmləyin. Cövhəri süzüb çay və ya qəhvə əvəzi istifadə edin.
  • Ayıqulağının yarpaqlarından hazırlanmış həlim. 10 q. quru xırdalanmış yarpaqların üzərinə 1 stəkan qaynar su əlavə edib 15 dəqiqə ərzində qaynadın. Həlimi süzüb gün ərzində 5-6 dəfə 1 x.q. qəbul etmək lazımdır.
loading...
Şərh yaz