Seksual görünmək üçün nə etmək lazımdır?

loading...

Hər nə qədər zövqlə geyinsənizdə əks cinsə təsir etmək üçün daha seksual görünməyiniz bir həqiqiətdir. Geyinmiş olduğunuz paltarlar üzərində edəcəyiniz kiçik bir stil dəyişikliyiylə olduğunuzdan daha da seksual görünmək tamamilə sizin əlinizdədir. Daha seksual görünmək üçün hansı paltarları və stilləri seçməlisiniz? Sizə maraqlı olan bu problemin cavabını öyrənmək üçün yazımızı oxumağa davam etməli və sizlər üçün hazırlamış olduğumuz altı təklifi diqqətlə oxumalısınız.

Seksual görünmək üçün bir çox yol var amma ilk növbədə özünüzə inanmağınız və hər halınızla gözəl olduğunuzu qarşınızdakı insanlara hiss etdirə bilməyiniz lazımdır. Bunlar olmadan nə geyinirsiz geyinin çox işə yarayacağını söyləmək heç də doğru olmayacaq.

Əgər özünüzə inamınızda bir maneçilik yoxdursa və mən hər halımla gözələm deyirsinizsə, sıra gəldi geyinməyiniz lazım olan paltarlara. Açıq – saçıq geyimlərin seksuallığı ifadə etdiyi deyilsə də, bu tam mənasıyla doğru deyil və seksuallıq anlayışının hər kəsə görə dəyişdiyi bir həqiqətdir. Geyindiyiniz paltarlarda diqqət etməyiniz lazım olan bir neçə pik nöqtə sayəsində seksual olmaq tamamilə sizin əlinizdədir.

Seksual görünmək üçün geydiyiniz paltarlarda diqqət etməyiniz lazım olan altı ipucu.

İncə çiyinli paltarlar:

Seçəcəyiniz incə çiyinli paltarlar sayəsində olduğunuzdan daha çox seksual görünə bilərsiniz.

Alt paltarı:

Bir çox qadının sevgilisinə və ya yoldaşına təsir etmək üçün seksual alt paltarlarına nə qədər əhəmiyyət verdiyini düşündüyümüz zaman, bu üsulun qarşı cins üzərində təsirinin nə qədər böyük olduğunu müzakirə etməyə ehtiyac yoxdur. Alt paltar, qadınları olduğundan daha da seksual göstərdiyi faktdır. Bu səbəbdən sinə və bel qisimi üzərinizə oturacaq olan paltarlar seçməyiniz qarşı cinsin gözündə daha da seksual görünməyinizi təmin edəcəyi kimi, qadınlığınızı ön plana çıxarmaq mövzusunda da sizlərə köməkçi olacaq.

Boyundan bağlanan paltarlar:

Qadın bədəninin ən seksual və diqqət çəkici bölgələrindən birinin çiyinlər olduğundan bəhs etmişdik. Belə belə olduqda çiyinlərinizi ortaya çıxaran, incə asqılı paltarlar yerinə alternativ olaraq boyundan bağlanan paltarları da seçə bilərsiniz.

Klassik dekoltelər:

Qadınların seksual görünmək üçün paltarlarının fərqli bölgələrində yer verdikləri klassik dekoltelərin yeri, imtina edilməzlər arasındadır. Bu səbəbdən paltarlarınızda yer alan kiçik dekoltelər sizi olduğunuzdan daha seksual görünmək üçün istifadə edə biləcəyiniz ən təsirli silahlardan biridir.

Sinə dekoltesi:

Sinələrinizin ölçüsünün qarşı cinsin diqqətini çəkmək və ya təsir etmək üçün həqiqətən əhəmiyyətli olmadığını, geyəcəyiniz sinə dekolteli paltarlar sayəsində hiss edə bilərsiniz. Bu nöqtədə əhəmiyyətli olan şey isə geydiyiniz paltarlarda sinə dekoltesini tək başına istifadə etmək və dozasını ən yaxşı şəkildə nizamlamaqdır. Sinə dekolteniz nə çox açıq, nə də çox bağlı olmalıdır.

İncə dikdaban ayaqqabı və dar şalvar:

İncə dikdaban ayaqqabı və bədəninizə tam mənasıyla oturan dar şalvar, kombinasiyası stilinizi tamamlayacaq və sizi olduğunuzdan çox daha seksual göstərəcək, mükəmməl bir seçim olacaq.

Əminik ki daha seksual görünmək üçün artıq hansı paltarları seçməniz lazım olduğu mövzusunda beyninizdə sual işarəsi qalmamışdır.

loading...
Şərh yaz