Selfie-lərdə zərif görünmənin yolları…

loading...

Qüsursuz bədənə sahib olanların, Instagramda paylaşdığı möhtəşəm selfie-ləri qısqanmırıq desək yalan olar. “Heç cür onlar kimi qüsursuz və gözəl görünə bilmirəm” deyə şikayətlənirsinizsə, bu yazımız tam sizə görədir!

Fotoşəkillərdə qüsursuz görünmək üçün 4 təklifimiz var.

Bu təkliflərlə selfie şəkillərinizdə qüsursuz görünəcəksiniz. Beləliklə Instagram selfie fotoşəkillərində zərif görünmənin yolları…

  1. Sizi olduğunuzdan daha yaxşı göstərən paltarlar geyinin
    Selfie çəkməzdən əvvəl, geyəcəyiniz paltarları diqqətlə seçin. Sizi daha zəif göstərəcək tünd rəngli bikini ya da şortları sınaqdan keçirə bilərsiniz. Tünd rənglər bədəninizi daha düz və arıq göstərəcək.
  2. Dik durun
    Şəkil çəkərkən çiyinlərinizi salmaq və əyilmək yerinə daha dik durun. Çiyinlərinizi geriyə doğru çəkib, başınızı yüngülcə qaldıraraq şəkil çəkin. Boydan çəkdiyiniz fotoşəkillərdə isə qıçlarınızı yüngülcə açın və əlinizi ombanıza doğru qoyun. Bədəninizin olduğundan daha fit göründüyünə inana bilməyəcəksiniz.
  3. Bir addım geridə durun
    Ayna qarşısında selfie fotoşəkil çəkərkən kameradan bir addım daha geridə durun. Kameranı bədəninizə yaxınlaşdırdıqca daha kök görünərsiniz.
  4. Saçlarınızı açın
    Saçlarınızı yığmaq əvəzinə dağınıq buraxın. Yüngülvari makiyaj edin ya da Instagram filtrlərindən birini istifadə edin. Budur möhtəşəm bir selfie-yə artıq hazırsınız!
loading...
Şərh yaz