Sellülitdən xilas olmağın 7 effektli üsulu

loading...

Qadınların ən böyük problemlərindən biri də sellülitlərdir. Sellülitlər omba, ayaq, hətta bəzən qarın və qol bölgəsində müşahidə edilir.

Sellülitlərin yaranmasının bir çox səbəbi olsa da, bu problem, adətən, bədəndə suyun yığılması nəticəsində ortaya çıxır. Araşdırmalar göstərir ki, hər gün 120 dəqiqə idman edən, kəpəkli taxıl məhsullarından, zülallardan, yağlılığı az olan süddən, meyvə və tərəvəzlərdən faydalanan qadınlarda sellülit olmur. Belə qadınların qan dövranı daha sürətli olduğu üçün sellülitin meydana gəlməsinə şərait yaranmır. Lakin bu problemlə mübarizənin başqa yolları da var.

Sellülitə qarşı ən effektli 7 üsulu təqdim edirik:

Qeyd edək ki, nəticəni bu üsulları tətbiq etdikdən ən azı 2 həftə sonra görəcəksiniz.

  1. Dərini fırçalayın
    Təbii tüklərdən hazırlanan fırça ilə sellülitlərin olduğu bölgələri fırçalayın. Ən azı 5 dəqiqə fırçalamalısınız. Bu, həmin bölgələrdə qan dövranını sürətləndirəcək.
  2. Anti-sellülit masajı
    Belə masajlar, demək olar ki, bütün SPA mərkəzlərində belə masajlar edilir. Masaj zamanı istifadə edilən duz və yağlar qan dövranını sürətləndirərək sellülitlərin yox olmasına kömək edir. Hər dəfə 1 saat olmaqla ən azı 2- 3 dəfə masaj etdirin.
  3. Qəhvə çöküntüsü ilə masaj
    Qəhvə antioksidantlarla zəngindir. Sellülitlərin olduğu bölgələri su ilə isladıb qəhvə çöküntüsü ilə masaj edin. Daha sonra soyuq su ilə dərinizi təmizləyin. Bu, dərini qurudacağı üçün masajdan dərhal sonra həmin bölgələrə kokos yağı çəkin.
  4. Limonlu su
    Tez-tez limonlu su için. Bununla yanaşı, həftədə 3 dəfə istiotlu, acı bibərli yemək yeyin.
  5. Anti-sellülit pəhrizi
    Sellülitlərdən xilas olmağı vəd edən bir sıra pəhriz növləri mövcuddur. Onlardan birini seçin. Qida menyunuzda çoxlu meyvə və tərəvəz, zəncəfil, istiot, acı bibər, soğan, razyana toxumu, limon, mixək, darçın yer almalıdır.
  6. Həddən artıq dar geyinməyin!
    Bir çox insan dar geyimin sellüliti azaltdığını düşünür, ancaq bu tamamilə yanlış fikirdir. Sellülitləriniz varsa, dar geyimlərdən uzaq durun. Dar geyimlər qan dövranının sürətini azaldır.
  7. İdman
    Həftədə 3 gün fitneslə məşğul olun. Qalan günlərdə 45 dəqiqəlik sürətli yeriş kifayət edəcək.

Ləman Sultan
//publika.az

loading...
Şərh yaz