Şənlikdən əvvəl istifadə edə biləcəyiniz üz üçün ev maskaları

loading...

Əgər bu gün Sizi əyləncə gecəsi, vacib bir görüş, toy, şənlik gözləyirsə, əlbəttə siz  çox gözəl görünmək istəyəcəksiniz! Geyiminizdən aslı olmayaraq əgər yorğun üz, qığılcım saçmayan baxışınız olsa, şənlik boyunca özünüzü rahat hiss etməyəcəksiniz və bütün tanışlardan bu sualları eşitməli olacaqsınız: “Səndə hər şey qaydasındadır? Heç nə olmayıb ki?”

Əgər siz gündüz işləyirsinizsə, əyləncə gecəsindən əvvəl  təxminən üç saat boş vaxtınız varsa  deməli hər şey qaydasındadır. Bu vaxt Sizə evə çatmağa, istirahət etmək və öz zahiri görünüşünə qayğı göstərməyə kifayət edəcək.

Üz gözəlliyinin sürətli bərpası üçün bir neçə ekspress-maska:

Yumurta-badam maskası

  • 1 yumurta sarısı,
  • 1 çay qaşığı üyüdülmüş badam və ya badam lopaları
  • ½ çay qaşığı təzə sıxılmış limon şirəsi
  • ½ çay qaşığı bal.

Maskanı qarışdırın və 20-30 dəqiqə üz dərisində saxlayın. Diqqətlə yuyun və dərini nəmləndirin.

Bu üz üçün maska qırışları hamarlaşdıracaq, məsamələri daraldacaq və üzün rəngini yaxşılaşdıracaq.  Bu maskanı nəinki əyləncə gecəsindən əvvəl əlamətdar günlərinizdə də istifadə edə bilərsiniz.

 

Üz dərisini ani aktivləşdirilməsi üçün unla və bananla maska

  • 1 ədəd yetişmiş banan (qəhvəyi ləkələrsiz) püre halında,
  • 2 xörək qaşığı buğda unu,
  • ¼ xörək qaşığı üyüdülmüş cövüzün.

Maskanı üzə sürtdükdən sonra 10-15 dəqiqədə saxlayın, sonra sərin suyla yuyun.

Bu üz üçün maska sizin üzünüzü bir anda canlandırır.

Parıldayan dəri üçün balqabaq, bal və süd maskası

  • 1 xörək qaşığı çiy (xam) balqabaqdan püre
  • 1 xörək qaşığı bal
  • 2 xörək qaşığı quru süd

Hazırladığınız maskanı 15-20 dəqiqə üzünüzdə saxlayın daha sonra yuyun və dərini nəmləndirin. Nəticədə sizin dəriniz  parıldayacaq, yorğunluq izləri gedəcək, xırda qırışlar hamarlanacaq. Üzünüz sevinc və xeyirxahlığı saçacaq.

Əyləncə gecəsindən əvvəl sürətli pillinq

Bu pilinq vasitəsi ilə siz üzdəki ölü hüceyrələrdən, xırda qırışlardan qurtulacaqsınız. Nəticədə dəriniz daha gənc və şəffaf görünəcək. Üzü yetişmiş papaya sıyıqı vasitəsi ilə silmək və quruyana kimi saxlamaq, bir daha masaj etmək və ardından yumaq lazımdır. Nəticə – ani və inanılmaz olacaq!

loading...
Şərh yaz