“Serena” əxlaqsız qadın olacaq

loading...

“Marie Claire” jurnalının ingilis versiyası üçün fotosessiya etdirən 27 yaşlı amerikalı aktrisa-model Bleyk Layvli şəxsi həyatı və yaradıcılığı barədə sualları da cavablandırıb.

“Gossip Girl” serialındakı Serena rolu ilə məşhurlaşan aktrisa iki il əvvəl ailə qurduğu aktyor Ryan Reynolds ilə xoşbəxt həyatı olduğunu deyib:

“Onun heç bir pis vərdişi yoxdur. Bütün ev işlərini özüm görürəm. Bunu valideynlərimdən öyrənmişəm. Anam da evdə hər işi özü edirdi”.

Son vaxtlar xeyriyyə işləri ilə də məşğul olduğunu söyləyən Bleyk “A path appears” (“Bir yol görünür”) adlı yeni seriala çəkiləcəyini və orada əxlaqsız qadın obrazını canlandıracağını bildirib:

“Yeni filmimdə əxlaqsız qadın olacam. Heç kimin adından danışa bilmərəm, amma məncə, amerikalıların çoxu belə düşünür: seks bir seçimdir. Əgər qadın bədənini satırsa, bu, onun istəyidir”.

loading...
Şərh yaz