Şərq ay təqvimi günlərinin dölə təsiri

  • 1-ci Ay günü. Bu gün döllənən uşaq Göylər tərəfindən mühafizə ediləcək və qorunacaq. Güclü mənəviyyatı, uzun ömrü və maraqlı həyatı olacaq. Ruhani ola bilər. Belə döl gününə uzunmüddətli mənəvi və fiziki pəhrizlə hazırlaşmaq lazımdır.
  • 2-ci Ay günü. Qız uşağının döllənməsi və nəsil davam etdirilməsi üçün əlverişlidir. Belə adamı bolluq və arzularının həyata keçməsi, uğurlar və himayədarlıq gözləyir.
  • 3-cü Ay günü. Döyüşçü, mübariz, inqilabçı və ya dələduz döllənə bilər. Bu gün döllənən adam fəal və ehtiraslı olur.
  • 4-cü Ay günü. Nəsil davam etdirmək günüdür. Ehtimal ki, həmin gün sizin əcdadlarınızdan biri qayıdacaq. Gələcəkdə tənbəl olmasa, ailənin və Evin sevimli bir uşağı doğulacaq. Bu məhəbbət günündə bir-birinizi çox dərindən Sevin.
  • 5-ci Ay günü. İkitərəfli gündür. Bu gün döllənən uşağı ömrü boyu güclü və təhlükəli düşmənlər izləyəcək. O, bütün hərəkətləri və bəd əməlləri üçün cəza alacaq. Etdiyi bütün pisliklər onun özünə qarşı yönələcək. Yaxud da o, elə bir şəxsiyyət olacaq ki, bütün bu dəyişmələrə və yenidən dəyişmələrə dözə biləcək. Bu gün döllənənlərin taleyi iki-üç dəfə yaxşıya və pisə doğru kəskin dəyişəcək. Çalışın ki, bu gün xəstələnməyəsiniz. Spirtli içkilər içməyin, ac qalın. Sizə sevgilər.
  • 6-cı Ay günü. Bu gün döllənən uşaq xəyalpərəst, səyyah, uzunömürlü olacaq. İdeal axtarışı, azadlıq, təbiətlə bağlılıq. Döllənmə təbiət qoynunda baş versə daha yaxşıdır.
  • 7-ci Ay günü. Əvvəlki günlərə bənzəyir, lakin daha sərtdir. Sizin uşağınız yalan danışmazsa, ədalət uğrunda mübariz, natiq, həkim, alim, sağlam adam olacaq. Səyahət edəcək və gözəl həyat keçirəcək, lakin yollarda onu təhlükə gözləyir. Yaxşı olar ki, sevginiz sükutla keçsin.
  • 8-ci Ay günü. Bu gün döllənmiş uşaq parlaq, lakin mürəkkəb həyat yolu keçəcək. Qəriblik və Vətənə qayıdış. Bəzən həddən artıq xoşbəxt, bəzən isə həyatından bezəcək qədər bədbəxt.
  • 9-cu Ay günü. Yaxınlıq və döllənmə üçün yaramır. Məkrli və məftunedicidir. Bu gün yaranacaq uşağınızın təhlükəli cinayətkar ola biləcəyi ehtimalı var. Əks halda həyatın dəhşətli acısını dadıb, müqəddəs də ola bilər. Cəsarət etməyin!
  • 10-cu Ay günü. Bu uşaq da sizin nəsillə bağlı olacaq, Vətənin və əcdadların layiqli övladıdır. Əcdadlarının ruhu daim ona yardımçı olacaq. Səyyahdır. Əcdadlarınızdan kömək diləyin.
  • 11-ci Ay günü. Oğlan uşağı üçün qız uşağından daha əlverişli gündür. Uşaq qeyri-adi təbii qüvvəyə malik olacaq. Fəal mübarizdir. Ecazkar qüvvə. Sərkərdən həyat. Bu gün dava salmaq olmaz. Sevgilər.
  • 12-ci Ay günü. Uşaq əzab-əziyyət çəkəcək, çox bədbəxt olacaq, yaxud da bu əzablı yollarda saflaşacaq. Güclü qabaqcadan duyma qabiliyyətinə malik olacaq. Şəfa vermək qabiliyyəti var. Onu rahib həyatı gözləyir. Döllənmə günü göz yaşı tökməyin.
  • 13-cü Ay günü. Xoşbəxt və bədbəxt hadisələr uşağın taleyində əsas rol oynayacaq. Fələyin şıltaqlıqları və irsiyyət qanunları özünü aydın büruzə verir. Vəziyyətdən tam asılılıq və ya sərbəstlik. Uzun ömür.
  • 14-cü Ay günü. Bu gün döllənmiş uşaq digər dünya ilə əlaqəsini itirməyəcək. Əcdadların köməyi. Hər yerdə, hər vaxt vicdanının səsinə qulaq asacaq. Ən böyük qəzalardan möcüzə ilə salamat qurtaracaq. Bu gün fala baxmaq ağlınıza da gəlməsin.
  • 15-ci Ay günü. Döllənmə üçün pis gündür. Uşağınız məhəbbət və nifrət arasında qalacaq. Qüvvətli hisslər və əzablar. Şərlə mübarizə. Yer və göy qüvvələrinin köməyi. Həyat mülayim təbiətli adamdan mübariz hazırlayacaq Göyərçin qartala dönəcək. Bu adam ən böyük alçaq, ən müdrik müəllim ola bilər. Bu gün hökmən vicdanlı və səmimi olun. Sevgilər.
  • 16-cı Ay günü. Xoş və mülayim xasiyyətlidir, bitkiləri və heyvanları sevir. Yüksək qayələrə və mənəvi təmizliyə can atır. Bir çoxlarına sizin uşağınız təsəlli verəcək. Səyahətlər və yeniliklər. Təmkinlidir, şəfa verəndir. Bu gün kobud sözlər danışmayın.
  • 17-ci Ay günü. Uşaq hay-küy, şənlik şəraitində törənəcək. Beləcə də məst olmuş kimi yaşayacaq. Ürəyiaçıqdır, bəxti gətirən və yüngül xasiyyətlidir. Əhli-kefdir. «Müvəffəqiyyət, uğur, şıltaq olsa da, birinci özünə gülənlər seçir», «oyna və gül!» bax, gələcək adamın qayəsi, Prinsipi belə olacaq. Ancaq ehtiyatlı olun! Gözləyin ki. o, içki düşkünü və yalançı adam olmasın. Döl günü spirtli içkidən istifadə etmək olmaz.
  • 18-ci Ay günü. Bu gün döllənən uşağın sağlamlığı zəif olacaq, lakin varlıdır, hamı tərəfindən sevilir, ağıllı və fərasətlidir. Ona imkan vermək lazımdır ki, özünü kamil, nöqsansız adam hesab etsin, əks təqdirdə xəyallan puça çıxar və təkliyə düçar olar.
  • 19-cu Ay günü. Bu gün döllənən uşaq qeyri-adi cazibə qüvvəsinə malik olacaq. Həyat eşqi, təzələnmək, cürət, işgüzarlıq, vicdan, ədalət, nəhayət isə təklik və qapalı həyat. Ehtiyatlı olun, lovğa və sadist adamın toruna düşə bilərsiniz! Bu gün bir-birinizə qarşı daha diqqətli olun, xəta edərsiniz!
  • 20-ci Ay günü. Böhranlı gündür. Doğulan uşaq həyatda mümkün olmayan əldə etməyə və hər şeyi öyrənməyə cəhd edəcək. Buna nail ola bilib-bilməyəcəyi sizdən və onun daxili imkanlarından asılıdır. Onu kin, uğursuzluq, tənəzzül, miskinlik, yaxud da kökündən dəyişmək və böyük mənəvi nailiyyətlər gözləyir. Yalan onun üçün ölümə bərabərdir. Belə gündə uşaq yaranmasını istəyirsinizsə, bir-birinizə yalan deməyin və bir-birinizdən ayrılmayın.
  • 21-ci Ay günü. Sizin evə mübariz və fanat, püşk oyunçusu ruhu gələ bilər. Onu təhlükə, əməksevərlik və səbr gözləyir. Qeyrət, hünər və mərdlik göstərməyə çalışacaq. Şair də ola bilər.
  • 22-ci Ay günü. Aqil və alim, yalan və ya doğru Qanunun tərəfdarı, etibarlı müdafiəçisi doğula bilər. Qeyri-adi vəziyyətlərin və maraqlı əcdadların xoşbəxt övladı olacaq. Dünyada müvəqqətini yox, əbədini axtaran, xeyirxah təməllər müdafiəçisidir.
  • 23-cü Ay günü. Acgözlük, tamahkarlıq və şöhrətpərəstliyin nə vaxt dahiliyə və xeyirxahlığa keçdiyini başa düşmək olmur. Həyata gələn üçün ikili təbiət verilən gündür. Belə bir gündə həm genetik çatışmamazlığı olan uşaqlar, həm də qeyir-adi şəxsiyyətlər dünyaya gələ bilər. Bu nədir? Gözəlliklə eybəcərliyin həddi, yaxud eybəcərliyin harmoniyaya keçidi? Bir şey aydındır: heç kəs bu Adamı əslində olduğu kimi qəbul etməyəcək. Lakin onu böyük şöhrət gözləyə bilər. Əgər siz bir-biriniz naminə hər şeyi qurban verməyə hazırsınızsa, cəsarətli olun.
  • 24-cü Ay günü. Yüksək mənəviyyat, yöndəmsizlik, böyük qüvvə, kobudluq, xeyirxahlıqla bərabər ağıl və vicdan – bu gün həyata gələcək adamda bu xüsusiyyətlər olacaq. Yaxşı iştaha, ətrafdakıların məhəbbəti, lakin uzun sürən xəstəliklər. Onu tənbəllikdən qoruyun.
  • 25-ci Ay günü. Doğum sirri və ya anlaşılmaz vəziyyətlər bu gün törənəcək şəxsin həyatında mühüm rol oynayacaq. İntuisiya və uzaqgörənlik, astagəllik və sirverməzlik. Təhlükəli xəstəliklər və qoca müdrikliyi. Əsas odur ki, «nə vasitə olursa-olsun məqsədə çatmalı!» şüarı onun həyatı prinsipinə çevrilməsin.
  • 26-cı Ay günü. Bu gün törənən uşaq varlı olacaq. Şan-şərəfə çatacaq, lakin onu qorxulu bir şöhrətpərəstlik gözləyə bilər. Ona görə qorxulu ki, sonra o, hər şeyin əvəzini verməlidir. Nə əkəcəksə, onu biçəcək. Keçmiş günahları üçün cavab verəcək, xeyirxah əməlləri üçün əvəz alacaq.
  • 27-ci Ay günü. Siz mülayim adamsınızsa, bu gün döllənən uşaq özünüzə bənzəyəcək. Doğrudur o, qorxulu xəstəliklərə dözümü olmayacaq, lakin xeyirxah və sevilən bu şəxs allah tərəfindən qorunacaq. Onun həyatı yaxın adamlarına qayğıdan ibarətdir. Səyahət edəcək. Lakin onun xeyirxahlığından sui-istifadə etmək olmaz, əks təqdirdə, bu xeyirxah və ədalətli şəxs qorxunc, cəzaverən, ağılsız bir məxluqa çevrilə bilər.
  • 28-ci Ay günü. Bu gün törənən uşağın başladığı bütün işlər uğurla nəticələnəcək. Dünya onundur. Öz şüurunun və Kainat sirlərinin, qəlbinin dərk edilməsindən irəli gələn rahatlıq və sevinc hissi. Göyün, Yerin bütün sirləri onunladır. Lakin tənbəllik və intəhasızlıq təhlükəsi var. Belə bir Ruha həyat dərsi verə biləcəksiniz mi?
  • 29-cu Ay günü. Bir-birinizə uyğun gəlirsiniz. Bütün günü dua edərək öz balanıza xoş tale arzulayın. Törətdiyiniz iblislə üz-üzə gələcək. Cani, saist, əzab-əziyyətə məhkum olunmuş bir adam, yaxud qara rahib, şərə qarşı yorulmaz mübariz olacaq.
  • 30-cu Ay cünü. Sizin gələcək kəörpənizi rahat həyat gözləyir. O, bir qədər məhdud adam olacaq, yaxud belə görünəcək. Müdrikliyi o dərəcəyə çatacaq ki, bütün Kainatda hamı bildiklərini danışmağa tənbəllik edəcək. Münasib nikah və öz arzularına yetmək, rahatlıq və ailə hissləri bu gün törənəcək uşağı ən yaxşı halda bunlar gözləyir. Əsas məsələ hər şey və hər kəsə qarşı mərhəmət və məhəbbət hissidir. Onu doğulduğu gündən belə tərbiyələndirin.
loading...
Şərh yaz