Şərq, Yapon, Çin ulduz falı

loading...

Yaponiyada və digər Şərq ölkələrində qəbul edilmiş təqvimə əsasən 12 illik tsikl daxilində hər bir il müəyyən heyvan işarəsi altında keçir. Müəyyən ildə dünyaya gəlmiş adam bir sıra fərqli xassələr kəsb edir və taleyi bu xassələrdən asılı olur. Həmin təqvim Şərqdə çox məşhurdur. Siz təvəllüd ilinizi bildikdə, kitabda verilən cədvəldə özünüzə lazım olan işarəni asanlıqla tapıb müvafiq bölmədə həm özünüz, həm də tanışlarınız haqqında oxuya bilərsiniz. Hər bir bölmədə xarakteristikanın sonunda adamların üç qurupu (heyvan adlan altında) sadalanmışdır: a) o adamlar ki, dost və ya ömür-gün yoldaşı kimi sizə tamamilə münasibdirlər; b) o adamlar ki, az-çox münasibdirlər; v) o adamlar ki, əsla münasib deyillər, qətiyyən yaramırlar və hətta sizə bədbəxtlik gətirə bilərlər.

  • MEYMUN İLİ. Bunlar ən etibarsız və ziddiyyətli adamlardır. Ağıllı, çevik, zirək və orjinaldırlar, ən mürəkkəb problemləri asanlıqla həll edirlər. Demək olar elə bir fəaliyyət meydanı yoxdur ki, orada əl-qol aça bilməsinlər. Lakin onları işlərindən ayırmaq və fıkirlimdən daşındırmaq asandır.
  • XORUZ İLİ. Dərin düşüncəli mütəfəkkirlər və istedadlı şəxsiyyətlərdir. Əməksevərdirlər, öz işlərinə sadiqdirlər, hətta qüvvələrindən xaric olan hər hansı bir vəzifəni do yerinə yetirməyə çalışırlar və baş tutmadıqda çox kədərlənirlər. Bəzən qəribəlikləri do olur, birdən-birə təmas yarada bilmirlər. Özlərini həmişə haqlı hesab edirlər və bəzən doğrudan da haqlı olurlar. Çox zaman tənha və qapalıdırlar.
  • İT İLİ. Bu adamlar ən yaxşı insani keyfiyyətlərə malikdirlər, sədaqətli, səmimi, vicdanlıdırlar, sirr saxlaya bildiklərinə görə etimad qazanırlar. Lakin bir qədər xudpəsənddirlər, qəribədirlər və ağılasığmaz dərəcədə tərsdirlər. Var-dövlətə çatmağa can atmırlar, lakin həmişə əllərində pul olur. Emosional cəhətdən soyuq və quru ola bilərlər. Çox şeyə tənqidi yanaşırlar, dilləri acıdır. Nə uğrunda mübarizə apardıqlarını bilir və həmişə ədalətin tərəfindən dururlar. İşi axıra çatdırır və adətən qalib gəlirlər Onların sırasında gözəl rəhbərlər yetişir.
  • QABAN İLİ. Bu adamlar öz cəsurluğu və özünü qurban vermək qabiliyyəti ilə seçilirlər. Hansı işdən yapışırlarsa, o işi var qüvvə ilə görürlər. Yalnız düz yolu qəbul edir, geri çəkilmək nədir bilmirlər. Olduqca saf, təmiz və mərddirlər. Çətin ünsiyyət tapırlar, lakin barmaqla sayılacaq dostlarına ömürlərinin axırınadək sadiqdirlər, dostlarını fəlakətdə qoymurlar. Az danışırlar, lakin hər şeyə böyük maraq göstərirlər.
  • SİÇAN İLİ. Bu işarə altında dünyaya gələn adamlar məlahətli və cazibəlidirlər, məqsədə çatmağa can atırlar, əməksevərdilər, var-dövlət qazanmağa çalışırlar. Qənaətcildirlər, pulu qənaətlə xərcləməyi xoşlayırlar. Yalnız məhəbbətin gücündən qənaətçiliyi unuda bilirlər.
  • ÖKÜZ İLİ. Bu adamlar səbirli, azdanışandırlar, onlara etibar etmək olar. Bəzən qəribəlikləri də ola bilər. Özlərindən tez çıxdıqları hallar da baş verir. Bu məqamlarda ehtiyatlı olmaq lazımdır. Öküzün qəzəbi hüdud bilmir. Adətən az danışan olsalar da, sevgililəri ilə danışdıqda bəlağətli olurlar. Gözəl əqli və fiziki keyfiyyətlərə malikdirlər.
  • PƏLƏNG İLİ. Bu işarə altında dünyaya gələn adamlar həssasdırlar, düşüncələrə dalmağa, mühakimələr yeritməyə meyl edirlər, lakin əsəbi olurlar. Adətən hörmət qazanırlar, lakin tez-tez yaşlılarla və rəislərlə münaqişəyə girirlər. Çox vaxt tələm-tələsik qərarlar qəbul edir və ya düzgün qərarlara çox gec gəlirlər. Bütövlükdə mərd və güclü adamlardır və bir qayda olaraq layiqincə qiymətləndirilirlər.
  • DOVŞAN İLİ. Parlaq fərdi keyfiyyətlərə malikdir, istedadlı və şöhrətpərəstdir. Xeyirxah və təmkinlidir, incə zövqü ilə fərqlənir. Hamını heyran qoyur və hamının etimadını qazanır. Maddi vəziyyəti yaxşı olur. Bu adamlar bəzən qeybət qırmağı xoşlayırlar, lakin nəzakətlidirlər, hirsli deyillər. Sevdikləri adamlarla incə rəftar edirlər, lakin yaxın qohumları ilə çox nadir hallarda sıx əlaqə saxlayırlar.
  • ƏJDAHA İLİ. Bu işarə altında dünyaya gələn adamlar gözəl sağlamlığa malikdirlər, çevik və diribaşdırlar, asanlıqla həyəcana gəlirlər, bəzən tərs və tünd olurlar. Təmiz, emosional və qətiyyətlidirlər, onlara bel bağlamaq olar. Müstəqildirlər. Açıq danışırlar və rəyləri həmişə əsaslandırılmış olur. Qabiliyyətlidirlər, borc almağı və nitq söyləməyi xoşlamırlar.
  • İLAN İLİ. Mürəkkəb adamlardır, anadangəlmə müdrikdirlər. Qaradinməzdirlər. İşləri həmişə rəvan gedir, lakin çox vaxt xəsislik edirlər. Bəzən xudpəsənd və şöhrətpərəstdirlər. Lakin bəxti o qədər də gətirməyən həmkarlarına fəal kömək edə bilirlər. Çox zaman başqalarının fikirlərinə inanmamaqda, ancaq özlərinə güvənməkdə həddi aşırlar. Qətiyyətlidirlər, məqsədə çatmağa var qüvvə ilə can atırlar, uğursuzluqlardan çox məyus olurlar.
  • AT İLİ. Çox məşhur adamlardır. Şən xasiyyətləri vardır. Pul xərcləməyi bacarırlar. Ağıllı və rəhmlidirlər, lakin bəzən həddən çox danışırlar. İstedadlıdırlar, işləri rəvan gedir, şıq geyinməklə və ya sərbəst davranmaqla diqqəti cəlb edirlər. Qürrəli, öz qədrini biləndirlər, (kişilər) qadınlara laqeyd deyillər.
  • QOYUN İLİ. Bu işarə altında dünyaya gələn adamlar incəsənət sahəsində istedada malikdirlər. İlk baxışda belə görünür ki, onların bütün işləri başqalarınınkına nisbətən uğurlu olur. Lakin onlar tez-tez həyat qarşısında aciz qalırlar, çünki utancaqdırlar, bədbinliyə meyl edirlər, qətiyyətsizdirlər, müstəqil qərar qəbul etməkdə çətinlik çəkirlər.
 ZODİAK BÜRCLƏRİ
Bürclər Doğum tarixi
Oğlaq 22/XII- 19/I
Dolça 20/I- 18/II
Balıqlar 19/II-20/III
Qoç 21/III – 20/IV
Buğa 21/IV – 20/V
Əkizlər 21/V-22/VI
Xərçəng 23/V1 – 22/VII
Şir 23/VII – 22/VIII
Qız 23/VIII – 22/IX
Tərəzi 23/IX-23 /X
Əqrəb 24/X – 21/XI
Oxatan 22/XI – 21 /XII
loading...
Şərh yaz