Sevdiyiniz insanla necə dincəlirsiniz?

loading...

Bir çox cütlüklər ikilikdə istirahət etdikləri zaman bir sıra xoşagəlməz hallarla rastlaşırlar. Bu səbəbdən onlar üçün istirahət əsl dəhşətə çevrilir. Səhvlərdən və münaqişəli vəziyyətlərdən qaçmaq üçün, sizə bir neçə məsləhət təqdim edirik.

  1. Birgə istirahəti necə gördüyünüzü müəyyən edin.istirahet
    Anlaşılmazlıqlardan və məyusluqdan qaçmaq üçün, istirahət variantlarının sizin zövqünüzə uyğun gəlib gəlmədiyini qabaqcadan müəyyən edin. Bir-birinizlə həmçinin nə üçün birlikdə istirahətə yollandığınız haqda danışın. Çox vaxt artıq müzakirə mərhələsində münaqişə yaranır ki, bu da münasibətlərin aydınlaşdırılması ilə nəticələnir. Psixoloqlar məsləhət görür ki, münaqişələrdən qaçmaq üçün romantik şam yeməyi vaxtı ünsiyyət saxlayın.
  2. İstirahətin proqramını qabaqcadan təşkil edin.birge-tetil
    İstirahət yerini müəyyən etdikdən sonra, heç olmasa ümumi şəkildə birgə istirahətinizin proqramını təşkil etməyə çalışın. Öz turunuz haqqında məlumatlanın, internetdə rəylərlə tanış olun. Bu sizə istirahətdən gəldikdən dərhal sonra bütün işlərinizi planlaşdırmağa kömək edəcək.
  3. İş mövzusunu müzakirə edin.proqram
    Təəssüf ki, bir çox insanlar hətta istirahətdə də işləyirlər və bu tətil zamanı cütlüklər arasında yaranan münaqişələrin ən əsas səbəblərindən biridir. İdeal olaraq noutbuku evdə qoymaq və telefon zənglərinə cavab verməmək yaxşı olardı, amma təəssüf ki, hər kəs bunu edə bilmir.
  4. Xoşagəlməz mövzulardan çəkinin.is
    İstirahətdə ahəngdar atmosfer saxlamaq lazımdır. Buna görə əgər qısa istirahət vaxtınızı problemlərlə korlamaq istəmirsinizsə səyahət vaxtı partnyorunuzun xoşuna gəlməyən mövzulara toxunmayın.
  5. Optimist olun.xosagelmez-movzu
    Keçirilmiş sorğular nəticəsində məlum olub ki, bəzi insanlar istirahət vaxtı stressə düşürlər. Bu insanın adət etdiyi yeri, yeməkləri, yuxu vaxtını dəyişdiyi üçün yarana bilər.
  6. Pulun hesabını aparın.optimist
    Məzuniyyət – çox xərc aparan şeydir. İlk olaraq xərclənəcək məbləği müəyyən edin. Bundan başqa səyahət xərclərindən başqa üstünüzdə minimal alış-veriş üçün nəzərdə tutulmuş vəsait olsa daha yaxşı olar.
  7. Özünüzə vaxt ayırın.dincelmek
    Adi həyatda hər kəsin öz həyat ritmi və hobbisi var. Buna görə istirahət vaxtı da bir-birinizə bir müddət təklikdə qalmağa və şəxsi işlərlə məşğul olmağa bir az vaxt ayırın.
  8. Cazibədar olun.cazibeli
    İstirahət elə bir vaxtdır ki, siz adət edilmiş davranışınızı birazca dəyişib özünüzü başqa tərəfdən də göstərə bilərsiniz. Yarınızı məftun etmək üçün bütün bacarığınızı tədricən nümayiş etdirin. Lakin bu zaman unutmayın ki, siz öz yoldaşınızdan başqa digər kişilərin də diqqətini cəlb edə bilərsiniz. Buna görə çalışın qısqanclığa səbəb yaratmayasınız və hər şeyi xüsusi olaraq onun üçün etdiyinizi göstərin.
loading...
Şərh yaz