Sevgi asılılığından necə qurtulmaq olar?

loading...

Xəyanəti yaşamış, problemli münasibətlərdən əzab çəkən, qarşılıqlı sevgi görməyən qadınların əksəriyyətini bu sual maraqlandırır: Bu eşq asılılığından necə  qurtulmaq olar?  Necə etmək olar ki, şübhələrdən, onun hər addımını izləməkdən, onun hərəkətlərindən və ya sözlərindən tamamilə asılı olmaqdan qutarasan? Belə vəziyyət yalnız qadının daxili aləmini məhv etmir, həm də qadının həyatını cəhənnəmə çevirir.

Eşq asılılığı əsl sevgidən fərqlənir, bu cür vəziyyətdə uğursuz münasibətlər yaranır.

Asılı olmaqdan necə qurtulmaq olar?

Özünüzə asılılıq diaqnozu qoymaq, sağalmağınız üçün atacağınız ilk addım olacaq. Əgər qadın artıq narahat olursa, eşq asılılığından qurtulmağın yollarını axtarırsa  – bu artıq yaxşı nəticədir. Deməli, o belə çıxılmaz vəziyyətin zərərliliyini anlayır, necə olursa olsun ondan çıxmağı arzu edir. Anlayın ki, belə bir insanla gələcək ola bilməz, hansı ki, sizi əzab çəkməyə məcbur edir. Qarşılıqlı sevgidə qul asılılığı yoxdur. Əsl sevgi sevinc və xoşbəxtlik, yanlış sevgi isə narahatlıq, qorxu və ağrı verir.

Sonra həmin insanla bağlı hər bir şeydən tez və qətiyyətlə qurtulmaq lazımdır. Bura şəkillər, hədiyyələr, telefon nömrələri və s. aiddir. İstənilən bəhanə altında ümumi tanışlarınızla ünsiyyət saxlamaqdan çəkinin. Onu görə biləcəyiniz yerlərə, mümkündüsə, heç getməyin.

Başlanğıc olaraq gününüzü tamamilə doldurmağa çalışın ki, nəsə fikirləşməyə vaxtınız olmasın. Faydasız xatirələr, göz yaşları axıdıb özünüzə rəhminiz gəlməsin. Çox iş görün, ünsiyyət qurun, səyahət edin, yeni təəssüratlar yaşayın, hanısı ki, sizə lazımdır. İdman zalına baş çəkin, hər hansı ev heyvanı saxlayın və ya uzun müddətli səyahətə çıxın. Bu, yoxlanmış, zəhlətökən fikirlərdən və xatirələrdən qurtulmaq üsuludur. Siz başqa problemlərlə məşğul olacaq və axşam yorğunluqdan ayaq üstə dayana bilməyəcəksiniz.

Psixoloq məsləhətləri

“Eşq asılılığından necə  qurtulmaq olar? Heç cür.. Sadəcə gözlə..  o vaxta qədər ki, kürəkdə onun bıçaq zərbələri üçün yer qalmayacaq”. Yenə də asılılığın öhdəsindən sizə  kömək edən bəzi tövsiyələr mövcuddur. Hər bir insanla yaranmış vəziyyətdən asılı olaraq xüsusi yanaşma lazımdır.

Bir saat ərzində bağlı olduğunuz  obyektə yayınmadan fikirinizi zorla saxlamağa cəhd edin. Beyini, onun obrazında diqqəti toplamağa məcbur edin, nə qədər ki, sizin ondan xəyaləndə olsa ürəyiniz bulanacaq, axı zorakılıq əks təsirə səbəb olur.

Kağızda sevdiyiniz insanın nöqsanlarını yazıb bir neçə dəfə oxuyun, o vaxta qədər ki, görüşmək və ya yenidən zəng vurmaq arzunuz olmayacaq.

Kişilər onlara nəzarət edən qadınlardan qaçırlar….

loading...
Şərh yaz