loading...

Əvvəllər üzük barmağı işarət barmağından uzun olmasının zənginlik işarəsi olduğunu açıqlayan mütəxəssislər bu dəfə də “sədaqət ölçüsü” ola biləcəyini bildiriblər.

Oxford və Northumria universitetləri elm alimlərinin araşdırması qadın və kişilərin işarət barmağının üzük barmağına görə uzunluğunun “sədaqət ölçüsü” ola biləcəyini göstərib. Araşdırmaya 1,314 qadın və kişi qoşulub. İştirakçıların əl şəkli və münasibətdəki davranışları araşdırılıb.

Barmaqlar bir çox vəziyyətin xəbərçisidir

Araşdırmada işarət və üzük barmaqları bərabər boyda olanların daha sadiq olduğu nəticəsi əldə edilib. Üzük barmağı daha uzun olanların isə daha az seçici ola biləcəyi müəyyən olunub. Elm adamları, testosteron hormonunun səviyyəsinin barmaq uzunluqlarını təyin etdiklərini və işarət barmağı üzük barmağından daha qısa olan kişilərin testosteron hormonuna daha çox məruz qaldıqlarını vurğulayıblar. Ancaq alimlər bunun yalnız bir araşdırma olduğunu da xatırladıb.

Üzük barmağının uzunluğu zənginlik ifadəsidir

Araşdırmanın nəticələri “Biology Letters” jurnalında nümayiş olunub. Bir araşdırmada isə müəyyən olunub ki, bir kişinin üzük barmağı işarət barmağından nə qədər uzundursa, o qədər zəngin ola bilər.

loading...
SHARE
Şərh yaz