Səyahət edən, velosiped sürən, pulundan keçən şou əhli – hobbi

loading...

Azərbaycanın tanınmış müğənniləri arasında sorğu keçirərək onların hobbisi ilə maraqlandıq. Sorğumuzda iştirak edən müğənnilər vaxt azlığından şikayətləndikləri halda, demə, elə asudə zamanlarında da fərqli iş görmürmüşlər.

İlk olaraq sualımıza cavab verən müğənni Samir Piriyev boş vaxtlarında mahnı bəstələyir. Təbii ki, özünü bəstəkar adlandırmayan sənətçi bunu sadəcə sevimli məşğuliyyəti kimi dəyərləndirir.Elnarə Xəlilova

Elnarə Xəlilova isə oxucularımıza maraqlı bir xəbərdarlıq etdi desək, yanılmarıq. Demə, sevənləri ondan hər an hər şeyi gözləyə bilərlər. Hobbisinin musiqi dinləmək olduğunu söyləyən sənətçi asudə vaxtını da bu cür dəyərləndirir.  “İnanın ki, boş vaxtım olanda da musiqi dinləyirəm. Görünür, mənim hobbim də, peşəm də elə musiqidi. Bəlkə kimlərsə deyə bilər ki, axı musiqi sənin peşəndi, niyə hobbi kimi yanaşırsan?!  Bilənlər bilir ki, mən eynilikdən tez bezirəm, yoruluram.Yəqin ki, işimdə də bunu hiss edirsiniz. Bir müddət aparıcı kimi fəaliyyət göstərirəm. Bir müddət müğənni kimi daha gərgin rejimdə işləyirəm. Hətta prodüser kimi də çalışdığım zaman olub. Və ya elə olur ki, ana kimi daha çox fəaliyyətdə oluram. Müxtəlifliyi sevdiyimə görə bu cür dəyişikliklər edirəm. Mənə elə gəlir ki, əgər istəsəm, həkim də ola bilərəm. Təbii ki, belə bir şey gözlənilmir, çünki hər şey istəklə bağlıdı”, – deyə müğənni bildirdi.

irade-ibrahimova

Hazırda Türkiyədə yaşayan İradə İbrahimovanın hobbisi əntik əşyalar və maraqlı rəsm əsərləri toplamaqdır. Evində çoxlu sayda əntik əşyası və rəsm əsəri olan müğənni bəyəndiyi bahalı əşyanı almaq üçün rahatlıqla pulundan da keçir: “Əgər çox bəyənsəm, onu almaq üçün son qəpiyimi də xərcləyərəm”.

Günay İbrahimli

Gənc müğənni Günay İbrahimli də musiqisiz yaşaya bilmədiyini deyir. Onun sözlərinə görə, musiqi dinləmək ən sevimli məşğuliyyətidir: “Mən bir anda iki sevdiyim işlə məşğul oluram. Avtomobil mənim ikinci evimdir. özümü onsuz təsəvvür etmirəm. Çünki evdən çox maşında oluram. Ona görə də düşünürəm ki, sevimli məşğuliyyətim həm də maşın sürməkdir. Təbii ki, maşın sürərkən musiqi də dinləyirəm. Beləcə, hobbim adlandıra biləcəyim iki işi eyni anda icra edirəm”.

Emil Bədəlov

Emil Bədəlov isə həmkarlarından fərqli olaraq musiqini peşəsi kimi gördüyünü deyir. Onun hobbisi isə idmandır. “İdmanı çox sevirəm. Uzun illərdir ki, həvəskar şəkildə olsa da, boksla məşğul oluram. Nəinki boş vaxtım olanda, hətta deyərdim ki, idmanla məşğul olmaq naminə bir o qədər də vacib olmayan müəyyən işlərimi təxirə də sala bilərəm”- deyir Emil.

Kənan M.M.

Rejissor Kənan M.M.-in maraqlı hobbisi var. O, “Formaggio” dərgisinə açıqlamasında getdiyi hər yerdə meyvə şirəsi aldığını açıqlayıb: “Marketə gedəndə çox şeyə önəm vermirəm, amma meyvə şirəsi mütləq almalıyam. Bu, mənim hobbimdir. Ancaq Naxçıvan pendiri yeyirəm. Tort ümumiyyətlə sevmirəm və heç vaxt da yemirəm. Əvəzində isə dondurmanı çox alıram”.

Ramal İsrafilov

Həm mahnı bəstələyən, həm də ifa edən Ramal İsrafilovun hobbisi musiqidir:  “Asudə vaxtında məşğul olduğun sevimli məşğuliyyət hobbi adlanır. Və nəzərə alsaq ki, mən boş vaxtlarımda da musiqisiz qala bilmirəm, deməli, elə hobbim də musiqidi”.

İlkin Həsəni

ATV kanalının aparıcısı İlkin Həsəni hər axşam Dənizkənarı parkda velosiped sürməyə yollanır.

Humay Qədimova

Tarzən, müğənni Humay Qədimova səyahət etməyi çox sevdiyini söylədi: “Səyahət etməyi çox sevirəm. Xüsusən də əgər ailəmlə birlikdəyəmsə, bu, mənim üçün ən sevimli məşğuliyyət olur. Ona görə də sualınıza cavab olaraq “hobbim ailəmlə istirahətdir” deyirəm”.

 

Aysər Həsənli

loading...
Şərh yaz