loading...

Sinələrinizi dik və möhkəm göstərmək və formada saxlamaq üçün istifadə etdiyiniz büstqalterlər belə çox böyük əhəmiyyət daşıyır. Sinələrinizin böyüklüyü ilə eyni olmayan büstqalterlər, sinələriniz üçün böyük təhlükə yarada bilər. Bu yalnız bir təklif və nümunə idi. Təbii sinələrinizi möhkəmləşdirmək, dik və iri göstərmək üçün fərqli üsullar mövcuddur. Bir az bunlardan bəhs edək.

Sinə baxımı üçün necə məşq edilməlidir?

Sinələrinizi müəyyən bir böyüklükdə tutmaq, sallanmasının qarşısını almaq üçün etməniz lazım olan bir neçə sadə hərəkət var. Bunları tətbiq etdiyinizdə, sinələrinizin sərtləşdiyini və dikləşdiyini görəcəksiniz.

Müəyyən vaxtlarda jim edin

Gündə iki dəfə olmaq üzrə 10 ədəd jim edin. Jim edərkən sinələrinizin gərildiyini hiss edəcəksiniz. Bunu vərdiş halına gətirərək 1 ayın sonunda 10 sayını 15-ə qaldırın və beləcə davam edin. Bədən və sinə sağlamlığınız üçün bu hərəkət çox faydalı olacaqdır.

Açma – dartılma hərəkətləri edin

Sinələrinizdə əzələ yoxdur ancaq sinə üstlərindəki əzələləri işlədə bilmək üçün qollarınızı yuxarıya və yanlara olmaq üzrə açıb bağlayın. Hər gün səhər axşam 20 dəfə bu hərəkəti təkrarlayın.

loading...
Şərh yaz