Sizi yaşınızdan daha artıq göstərən makiyaj səhvləri

loading...

Pensilvaniya kollecindən olan alimlərin tədqiqatları göstərdi ki, yüngül makiyaj bizi daha gənc göstərir, lakin 25 yaşdan sonra biz bəzi gözəllik vərdişlərini təkrar gözdən keçirməliyik.

Sizə makiyaj zamanı edilən səhvləri təqdim edirik ki, bəzi məsləhətlərə riayət edərkən siz yaşınızdan daha gənc görünəcəksiniz.

  1. Tünd tonal kremlərdən istifadə etməyin. Makiyajda səhv etməmək üçün, dərinizin rəngindən 1 ton daha açıq vasitələrə üstünlük verin. Açıq rəngli üz dərisi hər zaman təravətli və daha gənc görünür.
  2. Üz yalnız təbii makiyajla daha gənc görünür.
  3. Gözlər ətrafında dəqiq qara konturdan istifadə etməyin. İlk olaraq gözlərin qüzehli qişasının rənginə düşən göz qələmlərindən istifadə edin. Sonra isə bütün konturları azca yaymağa çalışın, çünki dəqiq kontur xətti gözlərinizin künclərinin düşməsini vurğulaya bilər.
  4. Sədəf effektli göz kölgələrindən istifadə etməyin. Nə vaxtsa belə tekstur çox dəbdə idi, lakin bu gün bu kosmetika çox dəbsiz görünür.
  5. Bütün üzünüzdə bronzerlərdən istifadə etməyin. Əgər siz üzünüzə “sun-kissed” effekti ilə kirşan çəkmək istəyirsinizsə, bu zaman onu yalnız almacıq sümüklərinə və burunun üstünə vurun. Üzünüzün qalan hissəsi isə qoyun daha açıq rəngdə qalsın.
  6. Gənclər üçün nəzərdə tutulmuş kosmetik vasitələr sizi gənc göstərməyəcək.
  7. Qatı tonal kremlərdən yalnız axşam makiyajı üçün istifadə edin. Gündüz makiyajı üçün yüngül tonal kremlərdən istifadə etmək daha yaxşıdır ki, onlar bu halda dərinin bütün əyriliklərini və çatışmazlıqlarını gizlədəcək.
  8. Əgər gözünüzün ətrafında qırışlar əmələ gəlibsə, bu zaman həmin sahələrə tonal krem çəkməyin.
loading...
Şərh yaz