Sobada pendirli toyuq tərifi

loading...

Lazım olan ərzaqlar:

  • 500 qr toyuq sinəsi
  • 2 pomidor
  • 2-3 qaşıq un
  • Kaşar pendiri
  • Zövqə görə duz, qara bibər, qırmızı bibər

Hazırlanma qaydası:

Toyuq ətini 2-3 iri parçalara kəsin. Sonra da eninə ortadan kəsin.İncə dilimlər əldə edəcəksiniz. Üzərinə duz, qara bibər, qırmızı bibər səpin. Sonra unlayıb hər iki tərəfini dağ yağda yaxşıca qızardın. Soba nimçəsinə qoyun. Üzərinə əvvəl bir dilim pomidor, bir dilim kaşar pendiri qoyun. 220 dərəcə sobada təxminən 5 dəqiqə pendirlər yüngül əriyənə qədər bişirin. Qarnir olaraq yanına plov və salat verə bilərsiniz.

Yüngül və asan bir yeməkdir. Hər bir xanım rahatlıqla hazırlaya bilər. Mozzarella pendiri də istifadə edə bilərsiniz.

İndidən nuş olsun 🙂

Qeyd: İsti-isti yeyilməli, bir sonrakı paya qalmaması lazımdır.

 

loading...
Şərh yaz