Soğanın faydaları

loading...

Demək olar ki, mətbəxdə xörək bişirərkən daim istifadə etdiyimiz tərəvəzlərdən biri soğandır. Soğan, ailədə az qala imtina edə bilmədiyimiz bir tərəvəzidir. Soğanın qırmızı, sarı, ağ, yaşıl rəngli növləri var ki, onlar da bir- birindən özünəməxsus iylərinə görə seçilirlər. Bunların bəziləri tünd, bəziləri isə zəif qoxuludur. Bəs gəlin görək istifadə edərkən iyindən şikayətləndiyimiz soğanın nə kimi müsbət cəhətləri vardır?

Tərkibindəki A, B və C vitaminləri ilə kalium, maqnezium, kalsium, natrium, yod, fosfor və kükürd mineralları baxımından olduqca zəngindir.

Soğanın faydaları:

  • Bədənin müqavimətini artırır və bədənə qüvvət verir.
  • Zehni və fiziki yorğunluğu aradan qaldırır.
  • İmmunitet sistemini gücləndirir.
  • Yüksək təzyiqi aşağı salır.
  • Soyuqdəymə, qrip, astma və bronxit xəstəliklərinə xeyirlidir.
  • Nəfəs yollarını açır və öskürəyi kəsir.
  • Damar keçməməzliyinin qarşısını alır.
  • Ürək və damar xəstəlikləri ilə xərçəngə qarşı qoruyucudur.
  • Qandakı şəkər səviyyəsini nizamlayan soğan şəkər xəstələrinə faydalıdır.
  • Böyrək ağrılarını yüngülləşdirir.
  • Böyrək qumlarının və daşların tökülməsinə kömək olur və təkrar meydana gəlmələrinə mane olur.
  • Mikrob öldürücü təsiri vardır.
  • Bədəndəki və qandakı zərərli maddələri bədəndən uzaqlaşdırır.
  • Yaraların daha sürətli bağlanmasına köməkçi olur.
  • Eqzema, dolama kimi dəri xəstəliklərinə qarşı faydalıdır.
  • Qaraciyərin işini nizamlayır.
  • Sinirləri rahatlaşdırır, narahatlıq və sıxıntıya kömək edir.
  • Yuxu problemi çəkənlərə faydalıdır.
  • Yaddaşı gücləndirir.
  • Sümük əriməsinə qarşı təsirlidir.
  • Həzmi asanlaşdırır.
  • Cinsi gücü artırır.
  • Qanı təmizləyir.

//lent.az

loading...
SHARE
Şərh yaz