Xanım.net-in bu dəfəki müsahibi “Şokolad” qadın klubunun təsisçisi və rəhbəri Nigar Zeynalovadır. Nigar xanımın “şokolad kimi” müsahibəsini təqdim edirik: 🙂
loading...

-Şokolad qadın klubunu yaratmaqda əsas məqsəd?

Bakıda xanımların bir araya toplanib rahat soöhbət, müzakirələr və mövzulara uyğun qonaqlarla ünsiyyətdə olacağı bir klubun olmadığını görüb yaratmaq qərarına gəldim. Məqsədlərim içində xanımların maarqlı  və uğurlu iş xanımları ilə tanışılqları, fikir mübadilərəri və təbii olaraq səmərəli vaxt keçirtmək kimi punktlar var idi

-İndiyə qədər nə kimi layihələriniz olub?

Layihədən çox hansı mövzuda görüşlərimiz olub deyə bilərəm. Moda, incəsənət, ailə, psixoloji trenenqlər, həkim və kosmetoloqlarla görüşlər və sair. Bu görüşlərdə xanımlar qonaqların çıxışlarına qulaq asır və sərbəst format olduğu üçün suallar verə və özləri də müzakirələrə qoşula bilirlər. Ticarət mərkəzlərində maraqlı layihələrimiz olub, bayramlarda daha geniş görüçlər təşkil edirik.

-Klubunuza üzvlük prosesi necədir?

Bildiyiniz kimi klub qapalıdır. Və üzv olmaq istəyənlər özləri haqqında məlumatı və klubdan gözləntiləri qeyd edib qəbul olunurlar. Qebul zamanı edilən qeydlərklubla bağlı  gələcək planlarımızda bizı kömək edir. Qəbul tel və ya ofisimizdə görüş zamanı həyata keçirilir.

– Gələcək planlar nələrdir?

Daha maraqlı  və geniş layihələr gözlənilir. Əsasən təhsil və qadınların karyera yüksəlişi ilə bağlı layihələrdi. Düşünürəm ki, seçim və digər principlər olduğu kimi qalacaq. Daha çox xanımların cəlb edilvəsi və onların maraqlarına və yaş kateqoriyalarına uyğun daha fərqli və daha tez-tez görüşlər planlaşdırılır. Şokolad qadın klubunun üzvləri üçün brendlərdən endirimlərç hətta 2 bankla da cobrand kartların hazırlanması və klub üzvlərinə təqdim edilməsi barədə danışıqlar gedir.

Xanımlarımızın aktiv sosial həyata təşviq etmək üçün nə kimi təklifləriniz var?

Düşünürəm ki kluba üzv olan xanımlar artıq nələrsə qazanırlar. Maraqlı məlumatlar, tanışlıqlar, endirimlər, hədiyyələr və sair. Bəzən klub vasitəsi ilə tanış olmuş xanımların klubdan kənarda əməkdaşlığını görəndə çox sevinirəm. Əslində istədiklərimiz içərisində elə bu punkt da var idi. Aktiv sosial həyat üçün elə məhz klub Şokolad yaradılıb. Çünki prinsipləri içərisində bir qəhvə çay və şokoladla maraqlı və cansıxıcı formatda olmayan müzakirələr, məsləhətlər və syurprizlər yer tutur.

-Sizə görə ideal xanım obarazı? Şokolad qadin klubunu yaratmaqda məqsəd

Mənə görə ideal xanım hər zaman sevilməlidir. Və bunun üçün xanım da özünü sevməlidir. Hər dəfə biz görüşə başlayandə mən deyirəm, əvvəlcə özümüzə minnətdarlıq edək ki, bugün özümüzə zaman ayıra bildik.

loading...
SHARE
Şərh yaz