Sonsuzluq və seksual fəaliyyətsizlik

loading...

Bu gün kişilərin 30, qadınların isə 42%`- ində ən azı bir simptom müəyyən olunur. Əgər cütlükdən biri sonsuzluğa qarşı müalicə alır və mütəmadi şəkildə cinsi əlaqədə olarsa, bu daha açıq meydana çıxacaqdır. Bu, münasibəti əyləncədən çıxararaq “artma” funksiyasına çevirəcəkdir. Və beləcə də cinsi problemlər yaranacaqdır.

Seksual Disfunksiya nədir?

Normal seksual funksiyalar 3 hissəyə ayrılır:

  • Cinsi istək (sekslə məşğul olmaq istəyi)
  • Xəbərdarlıq ( sekslə məşğul olmağınıza kömək edən fiziki dəyişikliklər)

Orqazm

Yuxarıda qeyd etdiyimiz maddələrin hər hansı birində problem və yaxud çətinlik çəkmək vəziyyətinə seksual disfunksiya deyilir. Daha çox yaş irəlilədikcə özünü büruzə verir. Cinsi münasibət haqqındakı fikirləriniz, sağlamlıq vəziyyətiniz və disfunksiya partnyorunuzla ikili münasibətinizdə əgər problem varsa seksual disfunksiya meydana çıxa bilər. Xüsusilə də, qadınlarda cinsi münasibət zamanı ağrıların olması seksual disfunksiya səbəblərindən biridir.

Kişilərdə Seksual Disfunksiya

Kişilərdə daha çox rast gəlinən seksual disfunksiya ereksiya pozuntusudur. Bir çox xəstəliklər ereksiya pozuntusuna səbəb ola bilər:

  • Diabet
  • Qan damar xəstəlikləri
  • Genital orqan və yaxud məsanəyə təsir edən əməliyyat
  • Əsəb xəstəlikləri və yaxud Əsəb ziyanı
  • Depressiya
  • Hormonal səbəblər
  • Düzgün olmayan dərman istifadəsi

Qadınlarda Seksual Disfunksiya

Qadınlardakı seksual pozuntu cinsi istək zəiflik, xəbərdarlıq etmək çətinliyi və yaxud orqazm olmaq kimi çətinliklər formasında özünü büruzə verir. Qadınlar cinsi əlaqə zamanı ağrı hiss edə bilərlər. Bu cür ağrılara genital orqana öz təsirini göstərən bəzi xəstəliklər səbəb ola bilər.

Diaqnoz və Müalicə Metodları:

Seksual disfunksiya diaqnozu ilk əvvəl həkiminizin fiziki müayinəsi ilə başlayır. sağlamlıq ilə bağlı hər hansı bir probleminizin olub-olmadığını araşdırır və gündəlik həyatınızla əlaqədar suallar verir. Gündəlik həyatınızda sizin bir çox hərəkətləriniz və əhəmiyyəti vermədiyiniz bir çox amillər seksual pozuntuya səbəb ola bilər. Həkiminiz varsa bu amilləri anlamaya çalışacaqdır. Nə qədər konkret məlumat vərsəniz bir o qədərdə kömək edəcəkdir.

Bədəndəki hormonlar seksə olan marağınıza birbaşa təsir edəcəkdir. Həkiminiz hormon səviyyəsini müəyyən etmək üçün bəzi testlər istəyə bilər. İstifadə edilən dərmanlar da seksual pozuntuya səbəb ola bilər. Həkiminiz həmçinin qəbul etdiyiniz bütün dərmanlar haqqında məlumat almaq istəyəcəkdir.

Seksual pozuntu diaqnozu qoyulubsa bu rahatsızlığın müalicəsini bir çox metodla həyata keçirtmək olar. Əsas şübhəli fikirləri bir kənara qoyub bunu həkimlə məsləhətləşmək və müayinə olmaq üçün şey göstərməkdir. Əgər problem medikal olduqda dərmanlar vasitəsi və yaxud əməliyyat ilə müalicə oluna bilər. Lakin bu əgər psixoloji problemdirsə və ya problem sizin münasibətinizdən qaynaqlanırsa belə olduğu halda terapevt ilə əlaqə saxlamağınızı məsləhət görürük.

Sonsuzluq və seksual pozuntu

Seksual pozuntu problem yaşayan insanlarda hamiləlik mövzusunda sonsuzluğa səbəb ola bilər. Tez-tez hamilə qalmağa çalışmaqda seksual pozuntuya gətirib çıxarır. əgər hamilə olmaq istəyirsinizsə əvvəlcə düzgün vaxtda cinsi əlaqədə olun. Hamilə qalmaq üçün mayalanma müddətləri ən uyğun zamandır.

Kişilərdə ereksiya problem və yaxud boşalma problem varsa qarşı tərəfin hamilə qalmasında heç bir rol oynaya bilməz. Sonsuzluğun müalicəsi stresli keçə bilər. Həyat yoldaşınızla istəmədiyiniz vaxtlarda belə müəyyən zamanlarda nizamlı şəkildə əlaqədə olmalı və həqiqətən sizə çətin vəziyyətdə saxlaya bilər. Cinsi əlaqə zamani sizə maneə törədəcək amillərdən biri də müalicə zamani qəbul etdiyiniz dərmanlardır.

//aile.lent.az

loading...
SHARE
Şərh yaz