Sosial şəbəkələr insanın özünə qiymətini dəyişdirir

loading...

Sosial şəbəkələr Yer kürəsinin müxtəlif ölkələrində yaşayan yüzlərlə və minlərlə insanı dostluq əlaqəsi ilə təmin edir. Dostların reaksiyası, “layklar”, paylaşmalar və şərhlər – internet ünsiyyətinin ayrılmaz hissəsidir. Kvinslend Universitetinin psixoloqları təyin etdilər ki: əgər insanı sosial şəbəkələrdən məhrum etsən, bu zaman onda özünə qiymət aşağı düşəcək.

Məlumatlar sınağın gedişatında da sübut edilib. Tədqiqatda iştirak edən könüllüləri iki qrupa böldülər. Birinci qrup iki gün ərzində sosial şəbəkələrdən istifadə etməməli idi. İkinci qrup isə şərh almaq və şərh qoymaq imkanı olmayan Facebook və Twitter profillərindən istifadə edirdi.

Birinci qrupdakı insanlar özlərini dünyadan təcrid edilmiş kimi hiss edirdilər. Məsələ ondadır ki, internet ünsiyyət şəxsi ünsiyyətdən əhəmiyyətli dərəcədə fərqlənir. Bu zaman insan cavabı bir müddət gözləməli olur, bundan başqa belə ünsiyyət reaksiyadan məhrum edilmişdir. Əgər insan bir sosial şəbəkədə reaksiya ilə razı qalmırsa, o sadəcə başqasına müraciət edəcək. Bu daim yeni ünsiyyət və məlumat mübadiləsinə yönəldilmiş yeni internet layihələrinin açılışı ilə təsdiq edilir.

loading...
Şərh yaz