Sosial şəbəkələr münasibətləri romantikadan məhrum edir

loading...

Sosial şəbəkələr bizim həyatımıza girib orada məskən salıblar. Çox vaxt istifadəçilər virtual ünsiyyətdən həddən artıq asılılığa görə münasibətlərdə problemlərlə rastlaşırlar. Alimlər aydınlaşdırdılar ki, Twitter şəbəkəsinin aktiv istifadəçiləri öz partnyorları ilə daha tez-tez dalaşırlar.

Maraqlıdır ki, münasibətlərin müddətinə sosial şəbəkələr təsir etmir. Tədqiqatlar çərçivəsində Missuri Universitetindən olan alimlər Twitter şəbəkəsinin istifadəçilərinə bəzi suallarla müraciət ediblər. Sorğuda 581 krespondent iştirak edib. Alimləri bu şəbəkədən istifadənin tezliyi, dostların sayı, postlar, yazışmanın fəallığı və sevimli insan ilə real münasibətlər kimi göstəricilərin əlaqəsi maraqlandırırdı.

Məlum oldu ki, Twitter şəbəkəsində insanların fəallığı nə qədər çoxdursa, partnyor ilə münaqişə riski də o qədər çoxdur. Oxşar məlumatları daha əvvəl Facebook şəbəkəsi üzrə tədqiqat aparmış alimləri alıblar. Bu zaman da sosial şəbəkədən istifadənin tezliyinin, münaqişə və ya ayrılma ehtimalı arasında əlaqə aşkar edilib.

Psixoloqlar inandırır ki, müasir insan sosial şəbəkələrdə ünsiyyət qurmaq üçün keçirdiyi vaxtı azaltmalıdır. Aktiv istifadə partnyorları bir-birlərindən uzaqlaşdırır ki, bu da partnyorlar arasında etibarsızlığın artması ilə müşayiət olunur.

loading...
Şərh yaz