Soyuq biskvitli tort tərifi

  • 20-24 ədəd petibör biskvit (seçim sizindir)
  • 100 qr bitter şokolad (doğranmış)
  • 250 qr südlü şokolad (doğranmış)
  • 175 qr Hind qozu yağı (doğranmış)
  • 2 ədəd təzə yumurta
  • 2 yemək qaşığı kakao
  • 75 qr şəkər pudrası (yarım su stəkanından bir az çox)
  • 2 yemək qaşığı süd
  • 22-25 sm ölçüdə uzun keks qəlibi
loading...

Bəzəmək üçün:

  • kakao
  • fıstıq

Soyuq biskvitli tortun hazırlanma qaydası

Əvvəlcə keks qəlibimizin içinə streç kağız yerləşdiririk və kənara qoyuruq. Bir qazana bir az su töküb qaynadırıq. Üzərinə daha kiçik, başqa bir qazan qoyub şokoladlar və yağı içərisinə əlavə edirik. Hərdənbir qarışdıraraq, şokolad və yağın əriməsini gözləyirik. (içərisinə su sıçratmadan)

Şokoladlar və yağ əriyərkən, bir qabda yumurta, kakao, şəkər pudrası və südü çırpırıq. Əriyən isti şokolad-yağ qarışığını, yavaşca yumurta-kakao qarışığının üzərinə əlavə edirik, mikserlə tünd bir krem olana qədər sürətli çırpırıq. Sonra kənarda qoyduğumuz qəlibimizə bir az krem əlavə edərək qaşıqla düzəldirik, üzərinə 4 ədəd yan-yana biskvit düzürük. (25 sm-lik qəlib üçün 4 ədəd kifayət edir) Biskvitlərin üzərinə təkrar 3-4 qaşıq kreməlavə edirik və təkrar 4 biskvit yan-yana düzürük. Bu əməliyyatı kremimiz bitənə qədər davam etdiririk. Ən son qata təkrar krem sürtüb, üzərinə qəlibin kənarlarından sallanan streç kağızı bağlayıb, bir gecə soyuducunda saxlayırıq. (soyuducunun buzxanasında deyil)

Sabahısı gün qəlibi bir qaba tərs çevirib, üzərindəki streç kağızı götürürük və üzərinə kakao ələyib, yaşıl fıstıq səpirik. Dilim-dilim kəsirik.

QEYD: Aradakı biskvitlər qətiyyən yumşalmır, bərk qalır.

Nuş olsun.

loading...
Şərh yaz