loading...

İndiyə qədər həm tibbi araşdırmalar, həm də xalq təbabətində südün faydaları çox qeyd olunub. Lakin İsveçli araşdırmaçılar südün uşaqlarda sümüklərin inkişafını dəstəklədiyini təsdiqləsələr də, irəli yaşlarda baş verən sümük əriməsi probleminə heç bir faydasının olmadığını vurğulayıblar.

Bundan başqa araşdırmada qeyd olunub ki, süd laktoz və oksidatif adlı maddələr ehtiva edir. Bu maddələr stressə səbəb olur. Araşdırmalara görə, mütəmadi olaraq süd içən insanlar daha çox stress keçirirlər.

Mütəxəssislər inək südü əvəzinə badam südü və ya kakos südü içməyi tövsiyə edirlər.

Araşdırma göstərib ki, gündə 3-5 stəkan süd içən qadınlarda sümük əriməsi, sümüklərin çatlaması və ölüm riski, gündə 1 stəkan süd içənlərə nisbətən daha yüksəkdir.

Alimlər buna südün tərkibindəki şəkərin səbəb olduğunu bildirirlər.

loading...
Şərh yaz