loading...

Süd – yalnız aşpazlıqda geniş istifadə edilən qidalı məhsul deyil, o həm də üz, bədən və saçlara qulluq üçün tətbiq edilən kosmetik bir komponentdir.

Süd kalsium, maqnezium, natrium və kalium duzları ilə zəngindir. Bundan başqa onun tərkibinə ftor, silisium, litium, vanadium, sink, kobalt və yod daxildir. Bu məhsulun tərkibində olan zülalların tərkibinə 20 aminturşu daxildir. Süddə həmçinin A, B, K, E və D vitaminləri var. Buna görə bu məhsul dəriyə xeyirli təsiri göstərir, onu bərkidir, canlandırır, bərpa edir, cavanlaşdırır, elastikliyi qaytarır, işıqlandırır və hətta çillərlə mübarizə aparır.

Ev şəraitində belə maskaları hazırlamaq üçün yaxşı olar ki, inək və ya keçi südündən istifadə edəsiniz.

Maskanızın hazırlanması üçün sizə lazım olacaq:

  • 1–1,5 x.q. yulaf lopaları;
  • süd.

Yulaf lopalarının üzərinə üstü tamamilə örtülənə qədər qaynar süd tökürük, 8-10 dəqiqə saxlayırıq, sonra təmiz dəriyə çəkirik. 17-20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyuruq. Solğun dəri üçün maskaya 1 ç.q. bal, quru dəri üçün isə 1 ç.q. bitki yağı əlavə edin.

Dərini təmizləmək və nəmləndirmək üçün maska:

  • 1 x.q. yulaf unu (və ya düyü unu);
  • süd.

Hazır xammalın üzərinə bir az süd töküb yaxşıca qarışdırmaq lazımdır (həmcins sıyıq alınmalıdır). Bu maskanı 13-15 dəqiqə ərzində üz dərisinə çəkirlər, sonra ilıq su ilə yuyurlar. Quru dəri üçün maskanın tərkibinə 1.5-2 ç.q. bitki yağı əlavə edirlər.

Üz dərisini canlandırmaq üçün maska:

  • 1–1,5 x.q. çobanyastığı gülləri;
  • ½ stəkan süd;
  • 1 ç.q. çovdar və ya buğda kəpəkləri;
  • 1 ç.q. bal.

Çobanyastığının üzərinə qaynar süd töküb 12-15 dəqiqə saxlayırlar. Sonra südü süzüb başqa qaba tökürlər. Qalan qarışığın üzərinə isə bal və kəpəklər əlavə edib, bir az süd ilə durulaşdırmaq lazımdır. Sıyığı 13-15 dəqiqəlik üz dərisinı çəkmək, sonra sərin su ilə yuyub nəmləndirici krem çəkmək lazımdır.
Süd maskası ağardıcı və nəmləndirici təsiri ilə fərqlənir. Onun hazırlanması üçün növbəti məhsullardan istifadə olunur:

  • 2–3 x.q. sürtkəcdən keçirilmiş xiyar;
  • 3 – 4 x.q. süd.

Bütün məhsulları qarışdırıb 17-20 dəqiqə ərzində üz dərisinə çəkin.

Qara nöqtələrdən qurtulmaq üçün növbəti “kremdən” istifadə edə bilərsiniz:

1 x.q. jelatinin üzərinə 1–1,5 x.q. süd əlavə olunur, 5-8 dəqiqə saxladıqdan sonra su buxarında qızdırılır(jelatin tamamilə həll olmalıdır, amma qarışıq isti olmamalıdır). Kosmetik vasitəni təmiz yumşaldılmış dəriyə çəkin və tam quruyana qədər gözləyin. Sonra isə nazik pərdə formasını almış maskanı təmizləyin.

loading...
Şərh yaz