loading...

Əsl dost əldə etməyi, münaqişələri həll etməyi və hətta öz ikinci yarınizi tapmağı öyrədən elm – “ünsiyyətin psixologiyası” adlanır. Bu hərtərəfli və kifayət qədər mürəkkəb sahədir. Bir çox psixoloji vəziyyətlər artıq sizə tanışdır, çünki insan həyatı boyunca yığılmış təcrübə əsasında müəyyən biliklərə yiyələnir. Biz sizə ünsiyyətin maraqlı elementi olan “sükut” haqqında danışacağıq ki, o müxtəlif vəziyyətlərdə bu və ya digər məna əldə etməyə başlayır.

Davranış xətti

Taktika kimi insanlar iki halda susmağı üstün tutur: təbiətcə müxtəsər olduqda (çox danışmağı sevmədikdə) və ya söz-söhbətə düşməmək üçün. Sonuncu məqam isə hətta atalar sözündə əks edilib:

“Susmaq razılıq əlamətidir”

Bu strategiyanın ikinci növü ünsiyyətdə problem yaratmasa, birinci ehtimal ki, müəyyən çətinliklərin yaranmasına səbəb ola bilər. Məsələ ondadır ki, hər kəsə “sükutla” danışmaq xoş deyil.

Qətl aləti

Sizə xoş olmayan fikirləri, danlaqları, ittihamları, təhqirləri və s. qəsdən qulaq ardına vurmaq münaqişənin təhrikçisini daha da qəzəbləndirir və münaqişənin böyüməsini provokasiya edir.

Nəzakət

Nəzakət – bizim fikirlərimizin ifadə edilməmiş hissəsidir. Bəzən özünüzü əlverişsiz tərəfdən nümayiş etdirib asanlıqla dost tanışı itirməkdənsə susmaq daha yaxşıdır.

Yalqızlıq

Bəzən sükut özümüzü anlamaq, hisslərimizi nizama salmaq, fikirlərimizi yerbəyer etmək və öz daxili səsimizi eşitmək üçün əla vasitədir. Təklik gündəlik təlaşdan, ətrafındakılarların səsindən istirahət etməyə, güc toplamağa, mürəkkəb məsələləri həll etməyə imkan yaradır. Əsas odur ki, süküt və tənhalıq sizin həyat tərzinizə çevrilməsin.

IQ səviyyəsinin göstəricisi

Əgər siz söhbət zaman danışığın məzmununu tuta bilmirsinizsə, əgər müzakirə edilən mövzudan anlayışınız yoxdursa, bu zaman yaxşı olar ki susub dinləyici rolunda çıxış edəsiniz. Bu cür davranış hətta həmsöhbətinizin gözlərində sizi müəmmalı və gizli biliklərə sahib biri kimi göstərəcək.

Sözsüz ünsiyyət

Hissləri cürbəcür ifadə etmək olar: zərif frazalar, ehtiraslı öpüş, möhkəm qucaqlaşma və s. Lakin yüngül əl sıxılması, isti təbəssüm, ifadəli baxış da həmin effektə malik ola bilər. Sevgi zonasına daxil olarkən dil istifadəyə yararsız olur. Sevgini sözlərlə ifadə etmək olmaz, onu bəzən yalnız sükutla bildirmək mümkündür. Bu halda sakitlik sonsuz qarşılıqlı anlaşma mənasını əldə edir.

Susmağı öyrənmək üçün səbrə və fikri cəmləşdirmək bacarığına sahib olmaq lazımdır.

loading...
Şərh yaz