Tədqiqatçılar insanların yataq otaqlarına baş çəkdilər…

loading...

yataq-otaqiİKEA şirkəti tərəfindən keçirilmiş sorğu, istirahətə, gücün bərpasına, sevginin və zərifliyin təzahürünə həsr edilmişdi. Tədqiqatlar göstərdi ki, dünya əhalisinin böyük əksəriyyəti üçün istirahət – internetdir…

  • Yuxu bu reytinqdə ikinci mövqeyi tutur. Bu halda sorğuda iştirak edənlərin 56% öz yuxusunun keyfiyyətindən tamamilə razıdır. 20% kişilər öz dərin, möhkəm yuxusu ilə, qadınlar isə öz rəngarəng yuxularının sayı ilə bir-birini qabaqlayırlar.
  • 30% kişilər iddia edir ki, onların yuxusuna heç nə mane ola bilməz: nə küçədəki səs-küy, nə uşaqlar, nə də ki narahat döşək.
  • Maraqlıdır ki, 80% kişilər yataq dəstinin rənginə önəm verirlər.
  • 24% respondent öz yatağını yalnız partnyorla deyil, həm də ev heyvanları ilə bölüşür (pişik və ya it). Maraqlıdır ki, 3% kişi yumşaq oyuncaqlarla yatır, qadınlar isə gecələr smartfondan ayrılmamağa üstünlük verirlər…
  • Bir çox kişilər güman edir ki, uşaqlar daim onlarla bir yataqda yatır, qadınlar isə uşaqların yataqda olmasına daha nadir hallarda “fikir verirlər”.
  • Aydınlaşdı ki, ev insanların daha çox zəriflik göstərdiyi yerdir. 52% respondent cəmiyyətdə öz hisslərini bildirməyi sevmirlər.
  • Bu halda bir çox kişilər üçün (42%) hisslərin təzahürü birbaşa maddiyatdan asılıdır. Qadınlar üçün partnyorun qarşılıqlılığı (52%) və romantik vəziyyət (43%) daha əhəmiyyətlidir. Həm kişilər, həm qadınlar zəriflik göstərməyə mane olan amillərin arasında yorğunluq hissini (71 %) qeyd ediblər. Buna imkan yaradan amil kimi isə yaxşı əhval-ruhiyyə (63 %) qeyd olunub.
  • 60% kişi bəhanəsiz hədiyyələri zərifliyin təzahürü hesab edir. 57% qadın isə kişilərlə razılaşmır və daha çox diqqət və xoş sürprizlərə bel bağlayırlar.
  • On kişidən biri iddia edir ki, öz yataq otağında gecələmir. Qadınlar isə güman edirlər ki, onlar yataq otağında kişilərdən daha çox cinsi əlaqədə olurlar.
  • Parislilər səhərlər demək olar ki, dünyanın başqa paytaxt sakinlərindən iki dəfə daha çox cinsi əlaqədə olurlar.
  • Qadınlar stressin təsirinə daha çox meyillidir, nəinki kişilər. Əsəb gərginliyinin əsas səbəbləri arasında onlar işdə problemləri və qohumlarla olan münasibətləri qeyd edirlər.

Urbanizasiya və rəqəmli texnologiyalar hər şeydən xəbərdar olmağa icazə verir, amma çox vaxt və güc aparır. Yalnız bir şey dəyişməz qalır: gün ərzində əvvəlki kimi 24 saat var və bizim hamımıza rahatlana biləcəyimiz şəxsi sahəyə malik olmaq lazımdır. Tədqiqatların nəticələri göstərir ki, yataq otağı evdə ən əhəmiyyətli yerdir ki, harada biz dincəlirik və növbəti iş günü üçün gücümüzü bərpa edir, öz yaxınlarımıza isti hissləri göstəririk.

loading...
Şərh yaz