Tərbiyəçi hansı xüsusiyyətlərə malik olmalıdır?

loading...

Tərbiyəçi (valideynlər, müəllimlər) hansı xüsusiyyətlərə malik olmalıdır?

Tərbiyə sahəsində hər hansı bir addım atmaq istə­yən kəs tərbiyəçi sayılır və o, bir sıra xüsusiyyətlərə malik olmalıdır. Tərbiyəçinin mühüm xüsusiyyətlərin­dən bəziləri bunlardır:

  1. İxlas: Həqiqi təsir Allaha məxsus olduğu üçün tərbiyəçi öz söz və əməlinin təsirli olması üçün ixlasa malik olmalı, tərbiyəni Allaha xatir verməlidir. Əgər tərbiyəçi bütün tərbiyə vasitələrinə (uşaq psixologiyası­nı bilmək, tərbiyə sahəsinə aid elmi məsələlərdən xə­bərdar olmaq, uşaqların ruhi-psixoloji xüsusiyyətlərin­dən agahlıq) malik olsa, lakin Allahı nəzərə almasa, o, tərbiyə işində uğur qazana bilməz.
  2. Təvəkkül: Böyük Allaha təvəkkül etməklə tərbiyənin enişli-yoxuşlu yollan rahatlıqla qət edilir.
  3. Təvəssül: Əziz Peyğəmbərimizə və onun Əhli- beytinə təvəssül etmək1 çox həlledicidir. Biz din böyüklərimizin bərəkət okeanına qərq olmuşuq, amma suda olan balıq suyun qədrini bilmədiyi kimi, biz də bu nemətin qədrini bilmirik.
    Valideynlərin çoxu özlərinin maddi problemlərini aradan qaldırmaq üçün bu ilahi nurlara təvəssül edir­lər, lakin övladlarının dindar, əməlisaleh, zəkalı və ədəbli olması üçün onlara təvəssül etmirlər.
  1. Uşaq dünyasını dərk etmək: Ata, yaxud ana “ru­hunu öz bədənindən çıxarmalı”, uşağın bədəninin qə­libinə daxil etməli, dünyanı onların gözü ilə görməlidir. Nə qədər ki bu baş verməyib, uşağı tərbiyə etmək çə­tin olacaq. Əgər valideynlər öz uşaqlıq dövrləri barədə düşünsələr və həmin dövrləri yada salsalar, övladları­nın hərəkətlərinin çoxu onlara təbii görünər. Çünki ba­şa düşərlər ki, onların gözündə anormal görünən rəf­tarların çoxu uşaqlıq dövrünün tələbidir.

Həzrət Məhəmməd peyğəmbər (s) buyurur:
“Yanında uşaq olan kəs, gərək, onun üçün uşaqlıq etsin”.

loading...
Şərh yaz