Tərəvəzlərin düzgün yuyulması

loading...

Bir çox tərəvəzləri daha tez yetişməsi üçün herbisid və pestisidlər emal edirlər. Bu kimyəvi maddələr insan sağlamlığı üçün zərərlidir. Bostandan bizim masamıza gələnə qədər meyvə və tərəvəzlərə düşən bakteriyalar da orqanizmə böyük zərər verə bilər. Sizə bu zərərli amilləri aradan qaldırmağa kömək edəcək bir neçə üsul təqdim edirik.

Son tədqiqatların məlumatına görə, pestisid maddəsi daha çox almalarda olur (98%), sonra çiyələk, üzüm, salat, kartof və ya qalın qabığı olmayan tərəvəzlər və meyvələr gəlir. Təəssüf ki, məhz qabıqda daha çox vitaminlər mövcud olur. Düzgün qərar ekoloji təmiz meyvələrin və tərəvəzlərin əldə edilməsi ola bilərdi, amma onlar bir qayda olaraq, baha olur və hər kəs onu əldə edə bilmir. Zərərli maddələrin orqanizmə düşməməsi üçün meyvə və tərəvəzləri düzgün yumaq lazımdır.

Bir su ilə dolu qaba 1 ç.q. soda əlavə edin. Meyvə və tərəvəzləri 15 dəqiqəlik ora yerləşdirin. Bundan sonra isə onları təmiz suda yaxalayın.

Digər bir variant kimi isə siz 0,5 ç.q. sodanı və 2-3 damcı suyu qarışdıraraq pasta əldə edib meyvə və tərəvəzlərin qabığına çəkə, sonra isə onları su ilə yuyub təmizləyə bilərsiniz.

Su əsas təmizlik mənbəyidir!

Suyun təmizləyici xüsusiyyətlərini qiymətləndirməmək kimi bir tendensiya var. Amma yaxşı məlumdur ki, kran suyunu xlorla emal edirlər ki, o antibakterial xüsusiyyətlərə malik olur və buna görə onu müvəffəqiyyətlə meyvə və tərəvəzlərin təmizləməsi üçün istifadə etmək olar. Onları 15 dəqiqəlik su ilə doldurulmuş qazana yerləşdirin, sonra axar suyun altında yaxalayın.

Təbii vasitələr

Siz həmçinin təbii yuyucu vasitələr də seçə bilərsiniz ki, onların tərkibində kimyəvi maddələr olmasın. Bundan başqa siz öz əllərinizlə də meyvələr üçün yuyucu vasitə hazırlaya bilərsiniz. Bunun üçün suya bir ovuc duz, yarım stəkan limon şirəsi və 2-3 x.q. sirkə əlavə edin. Nəticədə siz meyvə və tərəvəzlərdən pestisidlərin və herbisidlərin uzaqlaşdırılması üçün çox effektiv bir vasitə alacaqsınız.

Tərəvəzlərin təmizləməsinin daha bir effektiv üsulu: peroksidi su ilə qarışdırmaq və tozlandırıcının köməyi ilə meyvə və tərəvəzlərə vurmaq. Məhlulu meyvələrdə 10-15 dəqiqə saxlayıb, sonra meyvələri axar suyun altında yaxşıca yuyun.

loading...
Şərh yaz