Tərəvəzli toyuq döş əti

loading...

Günorta yeməyi üçün ideal tərifdir. Axşam yeməyi kimi də hazırlaya bilərsiniz. Bu sizin seçiminizə qalır.

Mən bu yeməyi günorta üçün hazırlayıram və əgər həmin gün qonağım varsa, yanında kartof püresi və ya makaron ilə servis edirəm. Bunu bəyənəcəyinizdən əminəm.

 İçindəkilər:

  • 4 toyuq döş əti
  • 3 qabaq
  • 4 orta ölçülü pomidor
  • 1 kərəviz kökü
  • 4 böyük diş sarımsaq
  • 1 limon suyu və limon qabığı sürtkəcdən keçirilmiş halda
  • 1 yemək qaşığı zeytun yağı
  • duz, qara bibər

Hazırlanması:

Pomidorları dilimləyin. Çəyirdəklərini çıxarın. Qabaqları ortadan ikiyə bölün, sonra uzun-uzun doğrayın.

Kərəvizi təmizləyin, doğrayın. Bütün səbzələri fırın qabına yerləşdirin. Üzərinə duz və qara bibər səpin. Bir qaba zeytun yağını, sürtkəcdən keçirilmiş limon qabığını, sıxdığınız limon suyunu və əzdiyiniz sarımsaqları qoyub qarışdırın. Bu sousu toyuq döş ətlərinin hər tərəfinə sürtün.

Souslanmış toyuq göyüslərini səbzələrin üzərinə yerləşdirin və öncədən isitdiyiniz 185 dərəcəlik fırında 30-35 dəqiqə bişirib çıxardın. İsti-isti servis edin.

loading...
Şərh yaz