Təsərrüfat sabununun saç qulluğunda tətbiqi

loading...

Təsərrüfat sabununun saç qulluğunda tətbiqi uzun müddət bir çox fikir ayrılığına səbəb olub. Bəziləri hesab edirlər ki, bu saçlara ziyandır, digərləri isə əksinə, əminidirlər ki, o saçları gözəl və sağlam edir. Təsərrüfat sabununun tətbiqi zamanı bəzi qaydalara riayət edərkən o sizə həqiqətən faydalı ola bilər.

Təsərrüfat sabununun tərkibi və xüsusiyyətləri

Təsərrüfat sabununun əsasının 72%-nə qədərini doymuş yağ turşuları təşkil edir. Məhz onların sayəsində sabun köpüklənir və yuyucu keyfiyyətlərə malik olur. Yağ turşularının mənbəyi heyvan və ya bitki mənşəli təbii orqanik xammal və yağ əvəzediciləridir. Təsərrüfat sabununu müxtəlif xammaldan əldə edilmiş və qida üçün istifadəyə yararsız texniki yağlardan hazırlayırlar.
Bundan başqa, sabun böyük miqdarda zəhərli qələvidən ibarət olduğu üçün çox yüksək dərəcədə hidrogen göstəricisinə malikdir – PH 11-12.

Təsərrüfat sabununun saçlara xeyiri və ziyanı

Təsərrüfat sabununun tərkibinə daxil olan yağ turşuları saçlara fəal təsir göstərir, onları qidalandırır və rütubətlə təmin edir. Buna görə də bu vasitə xüsusilə quru və zədələnmiş saçları olan xanımlara daha çox uyğun gələcək. Təsərrüfat sabununun istifadəsi zamanı pis nəticələrdən qurtulmaq üçün, onun istifadəsi zamanı bəzi qaydalara riayət etmək lazımdır.

Saçların strukturunu zədələməmək üçün başınızı sabunun özü ilə deyil, ondan hazırlanmış sabun məhlulu ilə yuyun. Saçlarınızı belə məhlulla yuduqdan sonra onları bir az sirkə turşusu əlavə edilmiş sərin suda yaxalamaq olduqca vacibdir, çünki bu sabunun tərkibinə daxil olan qələviləri neytrallaşdırır və qələvi tarazlığının dərhal bərpa olunmasına səbəb olur.

Təsərrüfat sabununun istifadəsində əks göstərişlər

Təsərrüfat sabununu rənglənmiş saçlar üçün qulluq vasitəsi kimi istifadə etmək qəti qadağandır. Çünki bu halda saçlarınız nazik, quru və solğun ola bilər. Əgər saçlarınız tərkibində qələvi maddələr olmayan xına kimi təbii vasitələrlə boyanıbsa bu zaman saçlarınızı sabunla yuya bilərsiniz, amma yuduqdan sonra onları mütləq sirkə turşusu əlavə edilmiş sərin suda yaxalamaq lazımdır.

Təsərrüfat sabununun istifadəsi həm də kəpək, kövrəklik və saç qıranlarla mübarizə aparmağa kömək edir.

loading...
Şərh yaz