Təyyarədə yer seçimi: ən yaxşı yeri necə seçək?

loading...

Hər kəs biznes klassda səyahət etmək istəsə də bir çoxları biznes klass biletləri baha olduğu üçün bunu edə bilmir. Tez-tez səyahət edənlər yaxşı bilir ki, bəzən yanlarında qeyri-gigiyenik və ya iri yarılı insanların olması qaçınılmazdır. Bundan qaçmaq demək olar ki, mümkün deyil. Aşağıdakı məsləhətlərimizi oxuyaraq, səyahətinizi xoş və rahat həyata keçirə bilərsiniz.

  • Təyyarə imkanlarından xəbərdar olun.
    Aviaşirkətin veb səhifəsinə daxil olaraq, uçuşu hansı marka və model təyyarə ilə gerçəkləşdirildiyini öyrənə bilərsiniz. Hər avia şirkətin təyyarələri, komfortuna görə bir-birlərindən kəskin fərqlənirlər. SeatGuru, SeatExpert saytında təyyarələr haqqında – elektrik şəbəkəsi, fərdi monitor, ayaqyolu yerləşimi və oturacaqların intervalı haqqında ətraflı məlumat yer alır.
  • Self Checkin edin.
    kosk
    Qrup halında uçur və bütün dostlarınızın yaxınlığınızda əyləşməsini istəyirsinizsə online qeydiyyatdan keçə bilərsiniz. Bəzən Check in əməkdaşları istəyinizi nəzərə almayaraq, istədikləri kimi yerləşdirə bilirlər. Belə hadisənin baş verməməsi üçün areaportlarda quraşdırılmış Self Checkin avadanlıqlarından istifadə edə bilərsiniz. Self Checkin, bəzi hava limanlarında mövcuddur. Göstərilən şəkil Heydər Əliyev adına hava limanında çəkilmişdir. Bundan başqa bəzi aviaşirkətlərin veb səhifəsi vasitəsi ilə də təyyarədəki yernizi öncədən seçməyiniz mümkündür.
  • Qeydiyyatdan ilk olaraq Siz keçməyə çalışın.
    Əgər online qeydiyyat sizin üçün çətindirsə, istədiyiniz yeri əldə etməyin bir başqa yolu isə, uçuşdan 2 saat əvvəl qeydiyyat bölməsinə yaxınlaşmağınız lazımdır. Hava limanı əməkdaşlarına arzuladığınız yeri bildirərək, o yeri əldə edə bilərsiniz.
  • Daha az trafik olan reysləri seçin.
    Təyyarə biletlərinin online satışı
    ilə məşğul olan Antavia şirkəti, aeraportun daha az yüklənmiş zamanlarına olan reyslərinə bilet almağınızı tövsiyə edir. Adətən bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı uçuş reysləri daha az olur. Aeraportun ən çox yüklənmiş günü isə Cümə və Bazar gününü qeyd etmək olar. Daha çox məşğul olan uçuş saatları isə səhər və axşam reyslərində olur.

Sizə xoş səyahətlər arzu edirik!

loading...
Şərh yaz