Toksikozdan əziyyət çəkən qadınlar dünyaya ağıllı və sağlam övlad gətirir?

loading...

Milyonlarla hamilə qadınların rastlaşdığı toksdikoz əslində yaxşı əlamət ola bilər. Toronto Universitetinin alimləri aydınlaşdırdılar ki, belə qadınlar əksər hallarda dünyaya daha ağıllı və sağlam uşaq gətirirlər.

Kanada alimlərinin fikirincə hamiləlik vaxtı toksikozla rastlaşmış gələcək analarda düşük təhlükəsi daha az olur və onların hamiləlik dövrü daha sağlam keçir. Bundan başqa, belə uşaqlar nəticədə daha inkişaf etdirilmiş ağıl və möhkəm sağlamlıqları ilə fərqlənirlər.

Tədqiqatçıların fikrincə, toksikoz yüksək hormon səviyyəsinin nəticəsi ola bilər ki, bu da sağlam hamiləliyə dəlalət edir. Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, toksikozun müsbət tərəfi hamilə qadınların hiperemezisusuna və ya həddən artıq qusmaya aid deyil. Toksikozla rastlaşmamış qadınlarda hamiləliyin ilk 3 ayında düşük ehtimalı 3-10 dəfə daha çox olur.

Toksikozdan əziyyət çəkən anaların uşaqlarında nəsil qüsurlarına daha nadir hallarda rast gəlinir ki, onlar inkişaf və çəki defisitindən daha az əziyyət çəkirlər. Belə uşaqlarda 3-7 yaş arası yüksək İQ səviyyəsi müşahidə olunur.

Hamiləlik vaxtı toksikoza qarşı dərman qəbul etmək olmaz, çünki analizlər göstərdi ki, onlar toksikozun körpənin sağlamlığını təmin etmək üçün səbəb olduğu bütün xeyiri aşağı salırlar.

loading...
Şərh yaz