Ton kremlərsiz və kimyəvi preparatlarsız təmiz, məxməri dəri

loading...

Dəriyə qulluq üçün əsas düzgün olan  təmizləmə üsulunu tapmaqdır, mən onu tapdım, ucuz, effektiv və əlçatan bir üsul. Buyurun tanış olun.

Çobanyastığının həlimini hazırlayıb , onunla üzünüzü silməyə başlayın, hətta yuyulma yerinə, səhər, gündüz, axşam, istənilən vaxt, isti və ya hətta soyuq havada belə, daim üzünüzü bu həlim ilə silin.

Silərkən pambıqdan istifadə edə bilərsiniz.

Təmizlənmə prosessinin daha tez baş verməsi üçün, bir müddət üzünüzü su ilə yumaqdan və makyaj istifadə etməkdən çəkinin. Üzdə olan  istənilən yaralar  tez bir zamanda sağalacaq, sızanaqların yaranma ehtimalı minimuma enəcək, çünki çobanyastığının gülləri antiseptik təsirə malikdir.

Digər bir üsul çobanyastığı maskasıdır. Hazırlanma və istifadə qaydası çox rahatdır.

Lazım olan vasitələr:

  • 3 çay qaşığı çobanyastığı gülü
  • 1 fincan su
  • 1 yemək qaşığı bal
  • 1 yemək qaşığı gül suyu (istəyinizə uyğun)

Hazırlanma qaydası: 1 fincan suyu qaynadaraq içinə çobanyastığı ləçəklərini əlavə edin. 7-8 dəqiqə qaynatdıqdan sonra süzgəcdən keçirib soyumasını gözləyin.

Daha sonra içinə bal və gül suyunu əlavə edin. Yaxşıca qarışdıraraq üzünüzə və boyunuza sürtüb 15 dəqiqə gözləyin.

Təsiri və saxlanma qaydası:

  • Dərinizin rənginin açılması üçün nizamlı olaraq istifadə edin.
  • Bu maska üz rənginin tonunu bərabərləşdirir.
  • Soyuducuda bir  həftədən çox saxlamaq olmaz.
  • Hava keçirməyən bir qabda saxlamağınız daha məqsədə uyğundur.

Qeyd: Hamilələrin istifadə etmələri tövsiyə edilmir!

loading...
Şərh yaz