Toskana üsulu ət

loading...

Xanim.Net, milli.az-a istinadən Toskana üsulu ətin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

  • 1 kq mal (dana) əti
  • 2-3 baş soğan
  • 2 yerkökü
  • qatıq (tələb olunan qədər)
  • cəfəri
  • bitki yağı (qovurmaq üçün)
  • duz

Yerkökünü sürtgəcin iri gözündən keçirin. Soğanı yarımhalqa doğrayın. Yerkökü və soğanı vam odda qovurun. Ətin damarlarını təmizləyin. Təxminən kibrit qutusu boyda tikələrə doğrayın. Tavadakılara əlavə edin, ocağı artırın. Qarışdırın. Ət yarımbişmiş hala gələndə küpəyə (yaxud qazana) doldurun. Qatıq tökün. Qatıq ətin üzərini tam örtməlidir.

180-200 dərəcə qızdırılmış sobada 1 saat bişirin (bir qədər artıq da vaxt tələb oluna bilər). Çıxarıb üzərinə doğranmış cəfəri səpin. Sobada daha 5 dəqiqə bişirin. Bişmiş cəfəri dadını sevməyənlər onu xörəyi süfrəyə verəndə də əlavə edə bilərlər.

Nuş olsun!

loading...
SHARE
Şərh yaz